adalet.az header logo
  • Bakı 21°C
  • USD 1.7
21 Sentyabr 2020 11:36
15509
MƏMLƏKƏT
A- A+

ETİBAR ƏLİYEV: QƏHRƏMANLAR UNUDULMUR...

Azərbaycanın Milli Qəhrəmanı Aqil Sahib oğlu Quliyevin doğum günüdür. O, 1963-cü ilin sentyabrın 19-da Ermənistanın Sisyan rayonunun Urud kəndində anadan olub. 1980-ci ildə Azərbaycan Neft Akademiyasının axşam şöbəsinə daxil olub. Üçüncü kursdan hərbi xidmətə çağırılıb.Hərbi xidmətini başa vurduqdan sonra 1985-ci ildə Xarkov Ali Milis məktəbinə daxil olub. Məktəbi fərqlənmə ilə bitirdikdən sonra 1988-ci ildə Milli Ordu qərargahına gələrək hərbi xidmətə yazılıb.

1992-ci il fevralın əvvəllərində Aqil Quliyevin rəhbərliyi ilə 366-cı motoatıcı alayın altı BMP-si heyət üzvləri ilə birlikdə girov götürülür. Heyətin sırasında bir rus polkovniki də olur. Təcili girovların geri qaytarılması üçün rəhbərlikdən zəng edilir. Hədələrin və zənglərin ciddi şəkil alacağını düşünərək Quliyev rus polkovniki ilə dialoqa girir. 1 "BMP", 1 "Kristall" raket qurğusu, çoxlu hərbi sursat və 1 maşın ərzaq alır.Bundan sonra girovların geri qaytarılması haqqında yuxarıya məlumat çatdırır. Girovlar geri qaytarıldıqdan sonra ermənilər rus ordusu ilə birlikdə Xocalını mühasirəyə alırlar. Fevralın 18-də Aqil Quliyev qız-gəlinləri Xocalıdan çıxarmaq üçün 11 nəfər döyüşçüsünü götürüb, mühasirəni yarmaq üçün erməni postuna yaxınlaşır. Postda erməni quldurlarına göz açmağa imkan verməyib 21 nəfərini öldürürlər.

Yaralanmış döyüşçü yoldaşı İlqar Musayevi təhlükəsiz yerə aparmaq istəyir, lakin avtomatdan açılan atəş onun qıçlarına dəyir. Mühasirəyə düşənlərin hamısı, cümlədən Aqil Quliyev həlak olur.

Allah Rəhmət eləsin