adalet.az header logo
  • Bakı 14°C
  • USD 1.7
20 Sentyabr 2020 23:00
37376
HADİSƏ
A- A+

13 uşağı olan şou ulduzu intihar etdi - FOTO

Böyük Britaniyada 13 uşaq anası və hamiləlik şousunun ulduzu Mendy Qardner intihar edibmiş.

“The Sun” xəbər verir ki, qadını belə bir addım atmağa sövq edən səbəb dəqiqləşdirilməyib.

43 yaşlı britaniyalı qadının cəsədi aprel ayında, evinin yaxınlığında tapılsa da, ailəsi hadisə haqqında yalnız beş ay sonra danışıb. Faciədən bir müddət əvvəl “İnanılmaz hamiləliklər” televiziya şousunun ulduzunun intihardan danışdığı qeyd olunur.

Qadın və əri 2016-cı ildə şou proqramda görünüblər. Onda cütlüyün 11 övladı var idi və Qardner 12-ci uşağa hamilə olub.

“Hamiləliyimin hamısı planlaşdırılmadı, amma hər birini istədik”, - deyə çoxuşaqlı qadın etiraf edib.

O, sosial şəbəkələrdə həmişə ailəsindən və çoxsaylı uşaqlarına olan sevgisindən bəhs edib.