ABŞ-da iki azərbaycanlı koronavirusdan vəfat etdi
ABŞ-ın Texas ştatının Hyuston şəhərində iki azərbaycanlı koronavirusdan (COVID-19) vəfat edib.
“Report”un ABŞ bürosunun məlumatına görə, bunlar Rusiya vətəndaşları, əslən Azərbaycanın Quba rayonundan olan 1960-cı il təvəllüdlü Rəsulova Ruqiyyə Ramiz qızı və onun qızı Canıyeva Ruslana Tofiq qızıdır.
R.Rəsulova 10 gün əvvəl COVID-19 diaqnozu ilə klinikaya yerləşdirilib və ötən gün vəfat edib. R.Canıyeva isə iki gün əvvəl özünü pis hiss edib. Onun koronavirus testinin nəticəsi müsbət olub. R.Canıyeva bu gün vəfat edib.
Hər iki azərbaycanlı xüsusi karantin qaydaları ilə Hyustonda dəfn olunacaqlar.
Digər Xəbərlər
17 Aprel 2024 16:00
Antibiotiklərin zərəri varmı?
16 Aprel 2024 09:54TƏBİB sürücülərə MÜRACİƏT ETDİ
16 Aprel 2024 09:25Çexiyada göy öskürək kabusu: Rekord sayda yoluxma var
15 Aprel 2024 14:37Çingiz Abdullayev qidadan zəhərlənməyib - RƏSMİ
15 Aprel 2024 11:44