adalet.az header logo
  • Bakı 15°C
  • USD 1.7
19 Sentyabr 2020 23:20
22649
DÜNYA
A- A+

Pozner: Qərb Putindən bunun qisasını alır

Rusiya Prezienti Vladimir Putinin simasında Moskva birqütblü dünya siyasətini qəbul etmədiyini deməsindən bu yana Rusiyanın özünün milli və geosiyasi maraqları var.

Axar.az xəbər verir ki, bunu rusiyalı məşhur teleaparıcı Vladimir Pozner deyib.

“Rusiya ABŞ tütəyi altında rəqs etməyəcək. Bu, 2007-ci ildə Münhendə deyilib. Məhz həmin andan etibarən Qərb ABŞ-ın rəhbərliyi və AB-nin aktiv dəstəyi sayəsində Putini cəzalandırır və buna uyğun olaraq Rusiyaya sanksiya tətbiq edir”, – deyə o bildirib.

Qeyd edək ki, 2007-ci il Münhen Təhlükəsizlik Konfransında çıxışı zamanı Putin birqütblü dünyaya rəsmən qarşı çıxdığını açıqlamışdı.