adalet.az header logo
  • Bakı 22°C
  • USD 1.7
19 Sentyabr 2020 21:25
33739
DÜNYA
A- A+

Bu oyunu quranlar cəhənnəm əzabı ilə bağıracaq - Şahzadə

Koronavirusun ikinci dalğasının qorxusu fonunda neft qiymətlərinin aşağı salınmasına cəhd edən neft bazarındakı spekulyantları cəhənnəm əzabı gözləyir.

Adalet.az xəbər verir ki, bunu Səudiyyə Ərəbistanı Energetika naziri şahzadə Əbdüləziz bin Salman “OPEK+”un Monitorinq Komitəsinin onlayn iclasında çıxışı zamanı deyib.

“Bu bazar heç vaxt bizim nəzarətimizdən çıxmayacaq. Burada kazino oynamağa qərar verən istənilən şəxs cəhənnəm əzabı ilə bağıracaq”, - deyə o bildirib.