adalet.az header logo
  • Bakı 8°C
  • USD 1.7
19 Sentyabr 2020 20:50
36897
HADİSƏ
A- A+

Azərbaycanın axtardığı qadın Türkiyədə saxlanıldı

Azərbaycan dövlətinin İnterpol xətti ilə beynəlxalq axtarışa verdiyi şəxs tutulub.

Adalet.az Report-a istinadən xəbər verir ki, Azərbaycan hüquq-mühafizə orqanlarının müraciəti ilə beynəlxalq axtarışa verilən Zülfiyyə Məhəddin qızı Rüstəmova Türkiyədə saxlanılıb.

Onun Azərbaycana ekstradisiyası üçün tədbirlər davam etdirilir.

Z.Rüstəmova Cinayət Məcəlləsinin 178-ci (dələduzluq) maddəsi ilə axtarışda olub.