adalet.az header logo
  • Bakı 22°C
  • USD 1.7
19 Sentyabr 2020 11:46
18340
DÜNYA
A- A+

Gürcüstanda koronavirusa yoluxma üzrə yeni rekord

Gürcüstanda son sutka ərzində 187 nəfər koronavirusa yoluxub.

Adalet.az-ın məlumatına görə, bu, növbəti rekord göstərici olub. Ölkədə bu günədək virusa yoluxanların sayı 3 306 nəfərə çatıb.

Bundan əvvəlki ən yüksək göstərici sentyabrın 18-da (182 nəfər) qeydə alınmışdı.

Bu günədək ölkədə 19 nəfər vəfat edib. 1 481 nəfər sağalıb, 1 806 nəfərin müalicəsi davam edir.