Prezident İlham Əliyev Nepal Prezidentini təbrik edib
Prezident İlham Əliyev Nepal Federativ Demokratik Respublikasının Prezidenti Bidhya Devi Bhandariyə təbrik məktubu göndərib.
Təbrikdə deyilir: "Hörmətli xanım Prezident, Nepal Federativ Demokratik Respublikasının milli bayramı - Konstitusiya Günü münasibətilə Sizi və Sizin simanızda bütün xalqınızı öz adımdan və Azərbaycan xalqı adından ürəkdən təbrik edirəm.
Ölkələrimiz arasındakı ikitərəfli münasibətlərin, beynəlxalq təsisatlar, xüsusən də Qoşulmama Hərəkatı çərçivəsində əlaqələrin inkişafı üçün yaxşı imkanlar mövcuddur.
Bu xoş gündə Sizə ən xoş arzularımı yetirir, dost xalqınıza daim rifah və əmin-amanlıq arzulayıram".
Digər Xəbərlər
19 Aprel 2024 13:05
Vüqar Gülməmmədov parlamentdə hesabat verdi - YENİLƏNİB
19 Aprel 2024 12:17Məzahir Pənahov seçkiləri müşahidə etmək üçün Maldivə gedir
19 Aprel 2024 12:11"Bu, maliyyə pozuntularının erkən aradan qaldırılması üçün faydalıdır" - Komitə sədri
19 Aprel 2024 12:07Sülhməramlıların Azərbaycandan çıxarılması yeni mərhələ deməkdir
19 Aprel 2024 11:59