adalet.az header logo
  • Bakı 22°C
  • USD 1.7
18 Sentyabr 2020 11:04
50780
MƏDƏNİYYƏT
A- A+

Azərbaycanın “Avroviziya-2021” mahnı müsabiqəsində iştirakı təsdiqləndi

İctimai Televiziya və Radio Yayımları Şirkətinin İctimaiyyətlə Əlaqələr şöbəsinin müdiri Aynurə Asimqızının Adalet.az-a verdiyi məlumata əsasən, gələn il Niderland Krallığının Rotterdam şəhərində keçiriləcək mahnı müsabiqəsində ölkəmizin iştirakı təsdiqlənib.

18, 20 və 22 may tarixlərində Rotterdamda baş tutacaq "Avroviziya-2021" mahnı müsabiqəsində ölkəmizi Efendi təmsil edəcək.

Qeyd edək ki, dünyanın ən baxımlı və populyar mahnı müsabiqəsi olan “Avroviziya"nın Azərbaycanda rəsmi yayım hüququ İctimai Televiziya və Radio Yayımları Şirkətinə məxsusdur.

“Avroviziya-2021” mahnı müsabiqəsinin Azərbaycan üzrə nümayəndə heyətinin rəhbəri bəstəkar İsa Məlikovdur.