adalet.az header logo
  • Bakı 14°C
  • USD 1.7
18 Sentyabr 2020 10:09
60145
KRİMİNAL
A- A+

Xaçmaz sakini qayınata və qayınanasını güllələyib

Bu gün səhər saatlarında Xaçmazın Ləcət kəndində dəhşətli qətl baş verib.

APA-nın verdiyi məlumata görə, kənd sakini, 46 yaşlı Rəhman Osmanov ov tüfəngi ilə qayınanası və qayınatasını güllələyib. Aldığı xəsarətdən qayınanası 57 yaşlı Sona Yunusova yerindəcə ölüb, qayınatası Beykəs Yunusov isə Xudat şəhər xəstəxanasının təcili yardım avtomobili ilə Xaçmaz rayon mərkəzi xəstəxanasına çatdırııb.

R.Osmanov artıq şübhəli şəxs qismində saxlanılıb.

Faktla bağlı Xaçmaz Rayon Prokurorluğunda cinayət işi açılıb, araşdırmalar davam etdirilir.