adalet.az header logo
  • Bakı 17°C
  • USD 1.7
18 Sentyabr 2020 09:24
83748
ƏDƏBİYYAT
A- A+

Əbülfət Mədətoğlu: Birgə

" Özümdən özümə" silsiləsindən ...

Solan yarpaqlara sızlamıram tay
Qədərin yaşayır mənimlə birgə...
Sıxıb kirpikləri duzlamıram tay -
Kədərin daşıyır mənimlə birgə...

Üyünən günləri ələyə yığıb
Cılğa ümidləri bələyə yığıb
Bu ömrü üst-üstə - şələyə yığıb -
Gedirəm yolumu, tənimlə birgə...

Bu sayda barmaq yox, dizim qatlanır
Keçdiyim yollarda izim qatlanır...
Vüsala sonuncu ümid atlanır -
Allah, ürəyimə qənimlə birgə!

Avazım xoş deyil - olanımdı bu
Lilənən didəmə dolanımdı bu...
Bəlkə də , gözlənən son anımdı bu -
Gəlir dumanımla, çənimlə birgə...