adalet.az header logo
  • Bakı 15°C
  • USD 1.7
17 Sentyabr 2020 23:50
79281
ŞOU-BİZNES
A- A+

Qalmaqallı klip: Bu rayonlarımız İran ərazisi kimi göstərildi

Son günlər sosial şəbəkələrdə Alim Qasımov və Seyid Taleh Abbasovun (Boradigahi) 2018-ci ildə çəkilən “Hədəfim Hüseyndir” adlı klipi ilə bağlı qalmaqallı görüntülər yayılıb.

Sosial şəbəkə istifadəçiləri klipin 8-ci saniyəsində divarda asılan xəritədə Azərbaycanın cənub rayonlarının bəzisinin İran ərazisi kimi təqdim olunduğunu yazıblar.

Kult.az xəbər verir ki, məsələ ilə əlaqədar Mediapost.az-a danışan Seyid Taleh studiyanın başqa birinə aid olduğunu deyib:

“Həmin studiya pianoçu Samir Şirinovun studiyasıdır. Hörmətli Alim müəllimlə orada qonaq olmuşuq və ilahiyyə oxumuşuq. Düzünü desəm, həmin xəritəyə fikir verməmişdim. Son 2 gündür xəritənin fotosu paylaşılandan sonra görümüşəm. Yaxşı olardı ki, bunu Samir bəylə dəqiqləşdirsinlər”.

Qeyd edək ki, S.Şirinovla əlaqə saxlamaq mümkün olmayıb.