adalet.az header logo
  • Bakı 22°C
  • USD 1.7
17 Sentyabr 2020 23:00
27662
İDMAN
A- A+

"Rüfət təriflərə layiq oyunçudur" - ABŞ klubunun baş məşqçisi

ABŞ-ın “Finiks Rayzinq” klubunun baş məşqçisi Rik Şantz futbolçusu Rüfət Dadaşovu tərifləyib.

Qol.az "Arizano Sports"a istinadən xəbər verir ki, o, ABŞ Milli Futbol Liqasının (USL) 12-ci turunda "Las-Veqas Layts" oyunda (5:1) 1 qol vurub, 2 qolun ötürməsini verən millimizin hücumçusundan razı olduğunu deyib:

“Rüfət çox inkişaf edib. O, meydanda nə edəcəyini yaxşı bilir. Bu bizim üçün çox vacibdir. Rüfətin ən çox xoşuma gələn xüsusiyyəti daim hərəkətdə olması, müdafiə xəttini narahat etməyə çalışmasıdır. Dadaşov qapıçıya təzyiq göstərir, hücum zamanı cinah oyunçularımızın boş zona tapmasına şərait yaradır. Son dərəcə ağıllı və əsl bitiricidir. Rüfət təriflərə layiq oyunçudur”.

Qeyd edək ki, R.Dadaşov 12-ci turun rəmzi komandasında yer alıb.