adalet.az header logo
  • Bakı 16°C
  • USD 1.7
17 Sentyabr 2020 10:01
31260
ELM VƏ TƏHSİL
A- A+

Мəmməd Səfərov: İnana bilmirəm ki, bu ədalətsizlik ayaq tutub yeriyə

Əziz dostlar və hörmətli fasebuk istifadəçiləri!

Sizə bir müraciətim var. Uzun müddətdir ki, içimdə saxladığım bu haqsızlığı daha ram edə bilmirəm. Mən 2017-ci ildə Təhsil Nazirliyinin keçirdiyi müsabiqə və müsahibələrdən uğurla keçərək Lənkəran rayonunun M.M.Əbilov adına Şağlakücə kənd tam orta məktəbinə direktor təyin olunmuşam. Keçən 3 il ərzində bir dəfə də olsun inzibati qaydada cəzalanmamışam. İfrastrukturu olduqca zəif olan təhsil müəsisəsində məktəb kollektivi ilə köklü uğurlara nail olmuşduq. Müsbət nəticələrimiz göz önündədir. Uzun müddət ali məktəblərə yalnız bir və iki nəfər qəbul olunurdusa bu il məktəbimizin 7 şagirdi ali məktəblərə qəbul olunmuşdur. Lakin 2020-ci ilin 19 fevral tarixində Təhsil Nazirliyinin daxili nəzarət şöbəsindən Aydın Rəhimovun rəhbərliyi ilə məktəbimizə iki nəfərdən ibarət monitorinq aparmaqdan ötrü yolayıcı gəldi. Onlar ezamiyyə vərəqlərini təqdim etmədən, şikayətçi olmadan, monitorinqin məqsədləri barədə məktəbin pedaqoyi heyətinə məlumat vermədən alıcı quş kimi məktəbə şığıdılar. İlk iddiaları məktəbdə üç müəllimin Rusiya Federasiyasında yaşadığı, lakin onların adına pul yazıldığı oldu. Bu iddiada olan Aydın Rəhimov məktəbin bütün 3 illik əmək haqqı cədvəllərini yoxladıqdan sonra iddiasının əsassız olduğnu gördükdə digər iddidasını ortaya qoydu. O, məktəbin ingilis dili müəllimlərindən birinə Rusiya Federasiyasında yaşadığına baxmayaraq pul vəsaiti yazıldığını israrla qeyd etdi. Lakin araşdırdqda bunun da əsas olduğunu gördükdə ə məktəbədə heç bir qanun pozuntusunu aşkar edə bilmədiyini gördükdə məktəbin texniki işçilərinin fəaliyyətini yoxlamağa başladı. Bir xadiməyə (adını qadın olduğuna görə yazmıram) "sənin geyimindən görünür ki, sən xadimə deyilsən"-dedi. Xadimə ona "mənim geyimimin ən bahalısı ayaqqabılarımdır ki, onların qiyməti də 17(on yeddi) manatdır"-dedikdə Aydın Rəhimov özündən çıxdı və xadiməni təhqir etdərək ona "sən burada işləmirsən, səni buradan qovaram"-dedi. Xadimənin psixoloji drumu ağırlaşdı. O, ağlamağa başladı. Başqa iki nəfər müddətli müqavilə ilə işləyə texniki işçini (məktəbin peçyandıranlarını) bu minvalla təhqir edən Aydın Rəhimov onları da işdən qovmaqla hədələyib otaqdan qovdu. Özünü məktəbdə ağa kimi aparan Aydın Rəhimov bir gün ərzində məktəbdə apardığı yoxlama əsasında hər üç nəfər texniki işçiyə buraxılmış maaşın cərimə olaraq geri qaytarılması barədə qərar qəbul etdi. Bunu görən texniki işçilər işlərini itirmək qorxusu qarşısında aldıqları əmək haqlarını öz onsuz da məhdud olan şəxsi vəsaitləri hesabına qaytarmaq qərarına gəldilər. Mən onlara "bunu etməyin"-dedim. Onlar Naziryin yoxlamasının pulu ödəmədiyim təqdirdə işdən çıxarılacaqlarını bildirib israrla pulu qaytarmaq istədiklərini bildirdilər və sonradan bunu mənim köməkliyimlə "Beynəlxalq" bankın Lənkəran filalı vasitəsi ilə həyata keçirdilər. Bu hadisə xatırladım ki, 2020-ci ilin 19 fevral tarixində baş vermişdi. Bu hadisədən 7 ay keçdikdən sonra üç nəfər texniki işçiyə ödənilmiş əmək haqqını güya mənimsədiyimə görə Lənkəran Şəhər Təhsil şöbəsinin rəhbərliyi məndən işdən öz arzumla çixarılmağım üçün ərizə verməyimi Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70-ci maddəsinin "ç" bəndi ilə işdən çıxarılmamağım üçün israrla, qorxu və təhdid altında tələb etdi. İşdən çıxacağım təqdirdə 6 saat dərlə müəllim işləməyimə köməklik göstərəcəklərini söylədilər. Mən razılaşdım və ərizəi verdim. Nədənsə bununla razılaşmayan Lənkəran Şəhər Təhsil şöbəsinin müdiri Ülviyyə xanım məktəb ilk həmkarlar təşkilatına müraciət etdi. Məktəb həmkarlar təşkilatı bir daha məktəbdə bu hadisəni araşdırıb Üıviyyə xanıma araşdırma protokolunu, işçilərin izahatını və məktəb ilk həmkarlar təşkilatının qərarını göndərdi və mənim əmək müqaviləmə xitam verilməsini əsassız hesb etdi. Bununla nə Üıviyyə Əliyeva nə də Lənkəran Təhsil işçiləri həmkarlar təşkilatının sədri Qürbətəli Zeynalov razılaşmadılar. Qürbətəli Zeynalov başa düşmür ki, həmkarlar təşkilatı öz üzvlərinin hüquqlarını qorumalıdır. O, işlədiyi bütün müddət ərzində bir nəfər barəsində belə həmkar olaraq müsbət qərar etməyib. Yalnız ona verilən tapşırıqların icrası ilə məşğul olaraq "bu qərarı verməsəm məni işdən çıxararlar" ifadəsini təkrar-təkrar söyləyir. Məktəblər üçün ayrılan yardım və tədbirlər üçün ayrılan vəsaitləri mənimsəməklə məşğuldur. İşlədiyim üç il ərzində məktəbə vəsaiti onunla bölüşmədiyimə görə iki dəfə yardım verdikdən sonra buna son qoydu. Həmkarların pulunu ardıcl olaraq mənimsəyənin biri indi mənim barəmdə rəy verməklə karyerama son qoymaq istəyir. Çox həyəcanlıyam. Amma inana bilmirəm ki, bu ədalətsizlik ayaq tutub yeriyə. Bunun üçün də Sizə müraciət edirəm. Soruşun Lənkəran rayonunun Şağlakücə kəndinin sakinləridən əlbəttə kimin imkanı varsa) keçən bu üç il ərzində mən necə işləmişəm. Mənə dəstək olacaq hər bir Azərbaycan Respublikası vətəndaşına öz dərin minnətdarlığı bildirirəm. Xahiş edirəm mümkün qədər paylaşın. Bu məsələ ilə kiməsaslı olaraq maraqlanırsa ona bütün sənədləri təqdim edəcəyəm.