PSJ Neymarın irqçilik iddiasını təsdiqləyən görüntüləri əldə edəcək
PSJ komandası “Marsel”lə qarşılaşmada hücumçusu braziliyalı Neymarın ünvanına səsləndirildiyi iddia edilən irqçilik məzmunlu təhqirlərə dair sübutlar əldə edəcək.
Bu barədə GFFN məlumat yayıb.
Nəşrə danışan mənbə bildirib ki, Fransa çempionatının Yaxın Şərqdə yayımını təşkil edən şirkət “Marsel”in oyunçusu Alvaro Qonsalesin ispan dilində Neymara “meymun” dediyi anın görüntülərini paytaxt klubunun sərəncamına verəcək.
Digər Xəbərlər
18 Aprel 2024 18:45