adalet.az header logo
  • Bakı 22°C
  • USD 1.7
15 Sentyabr 2020 19:46
131151
TEXNOLOGİYA
A- A+

Cənubi Koreyada döyüşdə əsgərləri əvəz edəcək PUA-lar yaradacaqlar

Koreya Respublikası hərbi Pilotsuz Uçuş Aparatlarının (PUA) hazırlanmasına qarşıdakı 10 il ərzində 2,3 milyard dollar sərmayə yatıracaq.

Bu barədə Cənubi Koreya Müdafiə Satınalma Agentliyi (DAPA) məlumat yayıb.

“Kəşfiyyatdan döyüşə qədər müxtəlif tapşırıqları yerinə yetirmək üçün bir neçə növ PUA yaradılması planlaşdırılır”, - deyə məlumatda qeyd edilib.

Xüsusilə, döyüşdə adi əsgərləri əvəz edəcək kiçik dronlara avtomat və qumbaraatanlar quraşdırmaqla təcrübələr aparırlar.

Müvafiq texnologiyaların 2022-ci ilə qədər yaradılması planlaşdırılır və növbəti dörd il ərzində birbaşa silah platformasının yaradılması üzərində iş görüləcək.