adalet.az header logo
  • Bakı 14°C
  • USD 1.7
15 Sentyabr 2020 09:39
62732
ƏDƏBİYYAT
A- A+

Əbülfət Mədətoğlu: Bir xəyalın şeiri

" Bir qadına..." silsiləsindən

Qəfil düşdü göy titrədən gurşadsa
Dalda bildi bu sinənin oyuğun...
Baxışları lap gözəgöz dursa da -
Gizlətmədi ürəyinin soyuğun...

Bəxt gətirdi bu həsrəti başbaşa
Bir dözümün qabığı da soyuldu...
Bu təmasdan o düşəndə təlaşa -
Ürəyimin çapığı da oyuldu...

Gözüm elə islatdı ki, saçların
Sıxıldıqca sanki daman buluddu...
Sığallayıb hörüyünün ucların -
Sinəsinin üstündə o qurutdu...

Mən xəyalı belə qurub ümidlə
Dönək dedim, bir çətirin altına...
Tanrım, bizi ətəyinə kilidlə -
Bəlkə sevgi bizi yedən qaldıra!