adalet.az header logo
  • Bakı 22°C
  • USD 1.7
14 Sentyabr 2020 22:36
36415
İQTİSADİYYAT
A- A+

Azərbaycanda sığorta ekspertləri qrupunun yaradılması planlaşdırılır

Azərbaycan Sığortaçılar Assosiasiyası (ASA) bu il sığorta ekspertləri qrupu yaratmağı planlaşdırır.

Trend-in məlumatına görə, bunu Azərbaycan Sığortaçılar Assosiasiyasının (ASA) icraçı direktorunun müşaviri Məmməd Ağayev təşkilatın fəaliyyətinin yeni konsepsiyasına həsr olunmuş tədbir zamanı deyib.

O bildirib ki, bu qrup müştərilərə sığorta şirkətini seçməyə və zəruri informasiyanı almağa kömək edəcək:

“Qrupun yaradılmasından sonra bank kreditləşməsinin, daşınmaz əmlak sığortasının və kənd təsərrüfatı sığortasının fəallaşması hesabına müxtəlif sığorta növləri üzrə yığımların artımı gözlənilir”.