adalet.az header logo
  • Bakı 19°C
  • USD 1.7
14 Sentyabr 2020 21:45
34102
İQTİSADİYYAT
A- A+

Bakıda pandemiya dövründə 4 minə yaxın müəssisə və təşkilat yaranıb

2020-ci ilin yanvar-iyun ayları ərzində Bakı şəhəri üzrə 3 763 yeni müəssisə və təşkilat yaranıb, ən çox müəssisə və təşkilat Nəsimi rayonunda fəaliyyətə başlayıb.

Adalet.az-ın Bakı şəhər statistika İdarəsindən əldə etdiyi xəbərə görə, Nəsimi rayonu üzrə 584, Nərimanov rayonu üzrə 535, Xətai rayonu üzrə 481, Binəqədi rayonu üzrə 420, Nizami rayonu üzrə 300, Səbail rayonu üzrə 295, Sabunçu rayonu üzrə 263, Suraxanı rayonu üzrə 183, Xəzər rayonu üzrə 110, Qaradağ rayonu üzrə 59, Yasamal rayonu üzrə 52, Pirallahı rayonu üzrə isə 6 yeni müəssisə və təşkilat fəaliyyətə başlayıb.

2020-ci ilin birinci yarımili ərzində yeni açılmış iş yerlərinin mülkiyyət növlərinə görə bölgüsünə gəldikdə isə, onların 51,8 faizi qeyri-dövlət mülkiyyətində, 48,2 faizi isə dövlət mülkiyyətindədir. 
O cümlədən, qeyri-dövlət mülkiyyəti üzrə yeni yaranmış müəssisə və təşkilatların 86,8 faizini xüsusi mülkiyyət, 12,4 faizi xarici investisiya mülkiyyəti, 1 faizini isə bələdiyyə mülkiyyəti təşkil edir.

2020-ci ilin birinci yarımili ərzində hüquqi şəxslər tərəfindən yaradılmış iş yerlərinin iqtisadi fəaliyyət növlərinə görə, 47 faizini inzibati və yardımçı xidmətlərin göstərilməsi, 20 faizini tikinti, 10 faizini ticarət və nəqliyyat vasitələrinin təmiri, 5 faizini kənd təsərrüfatı, meşə təsərrüfatı və balıqçılıq fəaliyyəti əhatə edib. Qalan 18 faizini isə digər sahələr təşkil edir.