GÜNÜN LƏTİFƏSİ
Sovet vaxtıdı, bir yəhudini KQB-yə satırlar ki, valyuta alveri ilə məşğuldu. KQB itli-pişikli tökülür yəhudinin mənzilinə, nə qədər axtarırlar heç nə tapmırlar, başlayırlar parketləri sökməyə. Ordan da heç nə tapmırlar və görürlər ki, böyük bir qayka var.
Deyirlər, aha, burda nəsə gizlədib. Başlayırlar qaykanı açmağa. Qayka açılanda böyük bir deşik yaranır, aşağıdan gur işıq vurur yuxarı, bərk tappıltı və səs-küy eşidilir.
Keqebeşnik:
- Aha, bu nədi?
Yəhudi:
- Heç, mənzilimin altındakı konsert zalının lüstrünün qaykasını açdınız.