BU MİLLƏT ALLAHIN MÖCÜZƏSİDİ
Şair Qürbət Əzizin bu adlı bir satirik şeiri var. Orda millətimizin «möcüzə»lərindən yazır.
Mənim fikrimcə, bu «möcüzə»lərdən biri də Mirzə Cəlili, Sabiri, Üzeyir Hacıbəyovu, Əbdürrəhim bəy Haqverdiyevi , Seyfəddin Dağlını, Rüfət Əhmədzadəni, Anarı , Baba Pünhanı yetişdirən bir xalqda yumor hissinin zəif olmasıdı.
Baxıram, bir nəfər status yazaraq təklif edib ki, «eşşək» sözündəki «ş»ların birini ixtisar edək. İndi sosial şəbəkənin müzakirə mövzusu olub, hamı düşüb həmin şəxsin üstünə. Və statusdakı ironiyanı, sarkazmı doğrudanmı hiss etməyiblər?
Bir Cem Yılmazımız olsa, yəqin ki yazığı daşa basardılar.