Əbülfət Mədətoğlu:Dərdin görüntüsü
"Özümdən özümə" silsiləsindən
Dərdin otağı geniş
Yatağı qor doludu...
Dərddən açılan qapı -
Əbədi - gor yoludu...
Üfüq qızartısından
Gözümə sızıldı qan...
Ürək sızıltısından -
Can özünə dedi, can!..
Tənhalığı əynimdən
Çıxartdım ilmə,ilmə...
Lap keçsədə eynimdən -
Saçınla yaşı silmə...
Qoy dərdin yatağında
Lam od üstə qorranım...
Ya da dərd otağında -
Pəncərə tək torranım...