adalet.az header logo
  • Bakı 9°C
  • USD 1.7
14 Sentyabr 2020 11:50
56900
ƏDƏBİYYAT
A- A+

Paşinyanın arvadının əyilməkliyi - Vahid MƏHƏRRƏMOV yazır

Belə-belə işlər

Gül kimi vaxtımı sərf edib bu cızma-qaranı elməyimə səbəb o günləri qəzetlərin birində gördüyüm şəkil oldu. Yoxsa bu yazı meydana gəlib yaranmayacaqdı, ağ vərəqlər üzərində sıralanıb daranmayacaqdı. Sonra öyrəndim ki, həmin o mən gördüyüm şəkli qəzetlərlə bərabər saytlar da verilib. Ona baxanlar dillərini və əllərini bekar qoymayıb müxtəlif səpkili, fərqli çeşidli, bənzərsiz məzmunlu şərhlər yazıblar.

Oxucuları çox intizarda saxlamayıb deyim ki, həmin şəkil babası Böyük Vətən müharibəsində silahını götürüb nemes tərəfə keçərək bizim atalarımıza, əmi və dayılarımıza güllə atmış Ermənistanın baş naziri Nikol Poşinyanın arvadının şəkli idi. İndiyə qədər Poşinyanın arvadının şəkilləri az-çox qəzet və jurnallarda gözümə dəymişdi. Amma o cür heyvərə vəziyyətdə şəklini birinci dəfəydi görürdüm.

Erməni harsın özünü vətənpərvər göstərmək üçün Qarabağa gələrək hərbi forma geyinib, əlinə silah alıb və guya ki, başlayıb təlim keçməyə. Onu təlim keçən yerdə şəkillərini çəkib qəzetlərdə dərc ediblər, saytlara yerləşdiriblər. Bəlkə də ermənilər bu şəkillə bizə xox gəlmək istəyiblər ki, baxın ha, qadınlarımız da döyüşə hazırlaşırlar. Qarabağ savaşında onlar kişilərlə bərabər vuruşacaqlar.

Şəklə baxanda məni həm gülmək tutdu, həm də bəzi qaranlıq mətləblər xeyli aydınlaşdı. Poşinyanın arvadı təlim zamanı əlində silah müxtəlif pozalarda əyilə-əyilə qaçır. Telli harsının bu cür əyilməkliyi dünya ictimaiyyətini indiyə qədər bilmədikləri və yaxud bilmək istəmədikləri bir çox həqiqətlərdən agah edir. Tarixin lap dərinliyinə-filanına getmədən şəklə baxan kimi bilinir ki, fotodakı şəxs bu torpağın əsl sahibindən daha çox, bura oğurluğa, quldurluğa, banditliyə gələnə oxşayır. Şəklə diqqətlə baxsanız dediklərimin yüz faiz həqiqət olduğuna inanacaqsınız. Adam atədən harada əyilə-əyilə gedir, yaxud harada qorxa-qorxa qaçır? Təbiidir ki, başqasının evinə, həyətinə oğurluğa girəndə. Heç öz həyətində, evində əyilə-əyilə, oğrun-oğrun gedən birisini görmüsünüzmü? Yəqin ki, yox! Heç inanmıram ki, bu gündən sonra da görəsiniz. Elə harsının əyilə-əyilə, qorxa-qorxa hərəkət etməsi bir daha sübut edir ki, o, bu torpağın, bu ərazinin əsl sahibi deyil. O, bura başqasının ərazisini tutmağa, torpağını işğal etməyə gəlib. Əgər harsın bu yerlərin yiyəsi olsaydı, heç vaxt əyilə-əyilə, oğrun-oğrun getməzdi. Bütün dünya ictimaiyyəti açıq-aydın gördü ki, harsın başını dik tutub gedə bilmir. Çünki başını dik tutsa torpağın sahibi onu vurub öldürəcək.

Yadıma hörmət bəslədiyim bir zabit döyüşçünün dedikləri düşdü. Bu zabit əməliyyatlar zamanı heç vaxt əyilməz, düşmən üzərinə başını dik tutub gedərdi. Səbəbini soruşanda deyərdi ki, nəyə görə mən doğma torpağımda başımı aşağı əyməliyəm. Nə üçün danakların üstünə əyilə-əyilə getməliyəm. Torpaq kimin deyilsə, qoy o əyilsin! Zabit çox düzgün deyirmiş. Bu məqamda Ernest Heminqueyin mövzumuza uyğun olan babat bir sözü yadıma düşdü. Məşhur yazıçı deyirmiş ki, əyilə-əyilə yaşamaqdansa, ayaq üstə ölmək yaxşıdı. Amma gərək onu bacarasan də. Bacarmadınsa, elə bütün ömrün boyu əyilə-əyilə qalacaqsan.

Deməli, Qarabağın əsl sahibi olmadıqlarına görə Poşinyanın arvadı silahdan atəş açmağı mənimsəməzdən əvvəl müxtəlif vəziyyətlərdə əyilməyi, əyilə-əyilə qaçmağı, dizin-dizin sürünməyi öyrənir. Bu harsın nə qədər əyilib bükülməyi öyrənsə də, onun döyüşlərdə sağ qalmaq şansı sıfıra bərabərdir. Çünki sərrast atan snayperlərimiz döyüşlər zamanı hansı pozada əyilməsindən asılı olmayaraq Poşinyanın arvadını dəqiq zərbə ilə, patron korlamadan bircə güllə ilə vurub o dünyalıq edəcəklər.

Mən bilən ataların belə bir məsəli də var: "Qırxında öyrənən yetmizində çalar, yetmişində öyrənənsə gorunda çalar!” Yəqin Poşinyanın arvadının yaşı qırxdan çox olar. Harsın nə qədər əyilə-əyilə təlim keçib atəş açmağı öyrənsə də, yüz faiz yalnız yetmişində çala biləcək. Yetmiş yaşa da, o harsın çata bilməyəcək. Çünki snayperlərimiz əyilə-əyilə üstümüzə gələndə onu bircə patronla alnından vurub "Fatihə”sini verəcəklər.

Tarix boyu ermənilər bir çətinə-filana düşəndə arvadlarını və qızlarını qabağa veriblər. Əgər bu gün başda baş nazir olmaqla ermənilər arvadlarını qabağa veriblərsə, deməli, daşnaklar çıxılmaz vəziyyətə düşüblər. Hələlik gördüyümüz Poşinyanın arvadıdır. Allah bilir, hələ nə qədər erməni arvadları əllərində silah Qarabağda əyilə-əyilə, bükülə-bükülə qalıblar.

Biz ermənilərin kişiləri ilə döyüşmək istəyirdik. Bu yaramazlarsa qadınlarını qabağa veriblər. Amma yox, o günləri bir bir heyvərə zabitləri üstümüzə gəlmişdi. Səngərə girən kimi mövqeyində ayıq-sayıq dayanan hərbçilərimiz srazı onu tutub əl-ayağını bağlamışdılar. Bundan məyus olan Poşinyan indi də arvadına təlim keçirtdirib əyilə-əyilə üstümüzə göndərmək istəyir. Bizim üçünsə fərqi yoxdu, kişidi, yoxsa qadındı, erməndi, yoxsa başqa millətdi! Üstümüzə kim gəlsə tətikdəki barmaqlarımızI sıxıb atəş açacağıq, işğal altında olan torpaqlarımızı ermənilərdən geri alacağıq!