adalet.az header logo
  • Bakı 12°C
  • USD 1.7
14 Sentyabr 2020 09:19
64039
KRİMİNAL
A- A+

Mağazada arvadını boğazından bıçaqladı

Türkiyənin Kayseri şəhərində bıçaqlanma hadisəsi baş verib. 

Bu barədə "Haber Global" məlumat yayıb.

Bildirilir ki, Okan T. boşanma ərəfəsində olduğu həyat yoldaşı Ayşegül T.-ni mağazada boğazından bıçaqlayıb. Yaralı qadının köməyinə ətrafdakı insanlar gəliblər. 

Məlumata görə, Okan T. arvadını xilas etmək istəyən vətəndaşlara bibər qazı ilə müdaxilə edib. Buna baxmayaraq, ətrafdakılar onu saxlayaraq polisə təhvil verə biliblər. 

Yaralı qadın şəhər xəstəxanasına yerləşdirilib, vəziyyətinin qənaətbəxş olduğu bildirilir.