Lənkəranda kişi arvadını öldürdü
Lənkəranda qətl hadisəsi törədilib.
“Report”un Cənub Mərkəzinin verdiyi xəbərə görə, hadisə gecə saatlarına baş verib.
Belə ki, 1981-ci il təvəllüdlü, Günay Gəzray qızı Abıyeva yaşadığı evdə həyat yoldaşı 1983-cü il təvəllüdlü Mais Məhəmməd oğlu Abıyev tərəfindən qətlə yetirilib. İlkin məlumata görə, qətl odlu silahdan açılan atəşlə törədilib.
Qeyd edək ki, qətlə yetirilən G.Abıyeva əslən Qobustan rayonundandır. O, ailə qurduqdan sonra Lənkəran rayonunun Liman şəhəri Balıqçılar qəsəbəsinə köçüb. Ailənin iki övladı var. Qətli törətməkdə şübhəli bilinən M.Abıyev bir qədər əvvəl məhbusluqdan azad olunub.
Faktla bağlı cinayət işi açılıb, rayon prokurorluğunda araşdırma aparılır.
Digər Xəbərlər
19 Aprel 2024 11:02
Bakıda marketlərdən 3 minlik tütün məmulatı oğurlandı
19 Aprel 2024 10:10Sumqayıtda ər-arvad qətlə yetirildi: 24 yaşlı oğulları... - YENİLƏNİB
19 Aprel 2024 09:36Xankəndidə silah-sursat aşkarlandı
19 Aprel 2024 09:25Cinayət törətməkdə şübhəli bilinən 58 nəfər saxlanıldı
18 Aprel 2024 18:19