adalet.az header logo
  • Bakı 17°C
  • USD 1.7
12 Sentyabr 2020 10:25
55294
ƏDƏBİYYAT
A- A+

Əbülfət Mədətoğlu: Dərdin görüntüsü

"Özümdən özümə" silsiləsindən

Dərdin otağı geniş
Yatağı qor doludu...
Dərddən açılan qapı -
Əbədi - gor yoludu...

Üfüq qızartısından
Gözümə sızıldı qan...
Ürək sızıltısından -
Can özünə dedi, can!..

Tənhalığı əynimdən
Çıxartdım ilmə,ilmə...
Lap keçsədə eynimdən -
Saçınla yaşı silmə...

Qoy dərdin yatağında
Lam od üstə qorranım...
Ya da dərd otağında -
Pəncərə tək torranım...