adalet.az header logo
  • Bakı 17°C
  • USD 1.7

Atatürkün “Lətifə”si...Yılmaz Özdil yazır

YILMAZ ÖZDİL
212473 | 2020-09-11 12:32

9 sentyabr...

İzmirin dağlarında çiçəklər açırdı.

Bugünkü Kültürpark ərazisində yerləşən erməni məhəlləsində yanğın başladı.

İzmirə bu son pisliyi edənlər imbatın (havalandırma sistemi) təsiri ilə türk məhəlləsinə də yayılacağını təxmin edirdilər.

Külək təxminləri tərsinə çevirdi.

O dövrdə Punta adlanan Levantin məhəlləsi Alsancakı yox eləyib Kordona çatdı.

Salih Bozok o ərəfədə kiçik bir süvari birliyi ilə Güzelyalını gəzirdi. Baş Komandanlıq qərargahı olaraq istifadə üçün yanğından uzaq bir bina axtarırdı.

Göztepedəki malikanəü tapdı.

Lətifənin ürəyi az qala yerindən çıxacaqdı.

Atatürkün xəyalı ilə İzmirə gəlmişdi.

Atatürk isə şəxsən özü onun yanına gəlirdi.

 

Lətifə İzmirdə doğulmuşdu.

ABŞ və İngiltərinin tütün və pambıq bazarlarında söz sahibi olan, şəhərin ən zəngin taciri Muammer bəyin qızı idi.

İbtidai təhsilini evə gətirilən ingilis və alman müəllimlərlə bitirmiş, sonra İstanbulda Arnavutköy Amerikan Kollecində oxumuşdu. İngiltərədə Tudor Hall Schoolda dilini inkişaf etdirmişdi.

Halide Edip Adıvarın tələbəsi idi, Tevfik Fikretdən, Halit Ziya Uşakgildən dərs almışdı.

İngilis dilini ana dili səviyyəsində, almanca, fransızca, farsca ondan da yaxşı danışa bilirdi. O, həmçinin yunanca və italyanca da bilirdi.

Pianoda ifa edə bilirdi.

Atın yəhərinə süvari kimi otururdu, mükəmməl at çapırdı.

Sorbonne Universitetində siyasət və hüquq üzrə oxuyurdu.

Məmləkət işğal olunan kimi ailəliklə Fransaya köçmüşdülər.

Atlantik Okeanının sahilində sahil cənnəti Biarritzdə yaşayırdılar.

Təhlükədən uzaq idi, amma Vətən torpaqları çeynənən zaman qürbətdə olmaq bu azad qızın ürəyinə əzab verirdi.

“Burada bundan artıq qala bilmərəm” deyərək atasına qarşı çıxdı. Sakarya savaşının qazanıldığını öyrənən kimi universitet təhsilini yarıda qoydu, Marsilyadan gəmiylə İzmirə qayıtdı.

Babası Sadıq bəyin Göztepedəki malikanəünə köçdü.

Boynundakı qapaqlı medalyonda Atatürkün şəklini daşıyırdı. Bir fransız qəzetindəki xəbərdən kəsmişdi.

Və nəhayət, o an – 9 sentyabr.

Küllərindən yenidən doğulan gözəl İzmir, axşamın qaranlığında məşək kimi yanırdı.

Atatürkü aparan avtomobil bənövşə qoxulu, bənövşə rəngli malikanənin baxçasına girdi.

Lətidə onu qapıda qarşıladı.

“İzmir”ə təşrifinizlə türk milləti muradına çatdı, evimə şərəf verməyinizlə mən də muradıma çatmış sayılıram, minnətdaram, xoş gəldiniz, paşam” - dedi.

Terastda süfrə qurulmuşdu.

Mustafa Kemal, İsmet paşa, Fevzi paşa, Ruşen Eşref, Falih Rıfkı, Yakup Kadri…

Yeməklər gözəl idi. Xüsusilə “kalamar tava”nın dadını heç biri unutmayacaqdı, xatirələrində yazacaqdılar.

Fevzi paşa xaric hamı qədəhini doldurdu.

 

Atatürkün o möhtəşəm qızı və o sehirli gecəni unutması mümkün deyildi.

Ankaraya qayıdar-qayıtmaz Milli Mübarizə boyunca mindiyi ərəb atı Sakaryanı Lətifəyə göndərdi.

Nişan hədiyyəsi idi.

 

29 yanvar 1923-cü ildə evləndilər.

 

Elçilik olmadı.

Atatürk şəxsən özü Lətifəyə evlilik təklifi etdi.

Qaynatası ilə nikah gününün tarixini müəyyənləşdirdi.

İzmir müftisi çağırıldı.

Yerdə yox, Masada oturdular.

Lətifə tünd boz sadə bir don geyinmişdi, Parisdən almışdı.

Saçına ağ ipək örtük atmışdı.

Əslində əlbəttə ağappaq bir gəlinlik geyinmək istəyirdi, amma qaynanası Zübeydə xanım yeni vəfat etmişdi, yaxşı çıxmazdı.

Həyatının bu ən xoşbəxt günündə fədakarlıq etməyə məcbur idi.

Atatürk üç parçalı tünd mavi kostyum geyinmişdi.

Qırmızı qalstuk taxmışdı.

Kostyumun pencəyinin döş cibinə ağ yaylıq qoymuşdu.

O zamanlar cümə axşamı evlənirdilər, adət idi.

 

Amma onlar bazaar ertəsi evləndilər.

Nikahda qadın olmazdı, gəlin əvəzinə vəkili iştirak edirdi.

Amma Lətifə şəxsən özü iştirak edirdi.

Atatürk yoldaşına kibrit qutusu böyüklüyündə qızıl qutuda Qurani-Kərim hədiyyə etdi.

Lətifə isə ona gümüş siqara tabakıyla bir qalstuk iynəsi verdi.

Nikahdan sonra 50-yə qədər qonağa çay qonaqlığı verildi.

Qonaqlara şirniyyatlar, kasıblara yemək paylanıldı.

 

“Lətifə” demirdi, “Latif” deyirdi, “dişi yavərim” deyirdi.

Lətifə çox tezdən qalxır, xarici qəzetləri oxuyub qeydlər aparır, səhər qəhvəsilə birlikdə Atatürkə aparırdı.

 

 

Məmləkətdə gəzintilərə yoldaşlıq edir, Anadolu qadınlarını təəssübkeşliyə qarşı təşviq edir, xarici diplomatlara ayrılan lojadan TBMM iclaslarını izləyir, bəzi gözəl axşamlarda Atatürkün sevdiyi musiqiləri pianoda ifa edirdi.

“Kamal” deyə xitab edirdi.

Yoldaşının olmadığı yerlərdə üçünkü adamla söhbət edəndə də “qazi” və ya “cümhurrəisi” deyə bəhs etmədi. “Kamal bu qərarı verdi”, “Kamal ora getdi” deyərdi.

Qadınların hələ seçmək və seçilmək haqqı yox ikən səs yığan ilk qadın idi.

1923-cü ilin iyununda keçirilən Türkiyənin ilk ümumi seçkilərində namizəd olmadığı halda, hüquqi namizəd olmaq imkanı olmadığı halda, İzmirdə və Konyada Lətifəyə səs verdilər.

O, təşəkkür teleqrafı yayımladı.

“Mənə millət vəkili seçkilərində səs verilməyini şəxsim adına deyil, türk qadınına yönəlmiş bir təqdir kimi qəbul edirəm, bu səbəblə həyəcanla şükranlarımı ərz edirəm” – dedi.

Dayəsilə aşpazını Ankaraya gətirmişdi.

İzmirdən gətirdiyi əşyalarla Çankayanı öz zövqünə görə yenidən dizayn etdirdi. Yataq otağı dəsti XV Louis tərzində idi. Qonaq otağındakı divan-kresloları yığışdırmış, Fransada gətirdiyi mavi divan-kreslolarla əvəzləmişdi.

Şənbə günləri günortadan sonra paşaları, millət vəkillərini, qəzet işçilərini evində qarşılayırdı. Tortlu, kurabiyəli süfrələr hazırlayırdı. Çay ayaq üstə servis edilirdi. Ankaranın o günə qədər görmədiyi, eşitmədiyi şeylər idi bunlar. Cehiz sandığından çıxartdığı kristal stəkanlar, gümüş çəngəl-bıçaq dəstləri göz oxşayırdı.

Geyimləri Parisdən, Milandan idi.

Xanım qonaqlar Lətifənin paltarlarından, ayaqqabılarından və xüsusilə də atası Muammer bəyin ərmağanı olan dörd karatlıq tək daş üzüyündən gözlərini çəkə bilmirdilər.

Zərafəti və ev sahibliyi ilə mükəmməl idi.

Uşaqları olmadı, bir qız uşağını övladlığa götürdülər.

1924-cü ildə Amasiyaya gəlmişdilər, Darüleytam yurdunu ziyarət etdilər, Zəhra ilə tanış oldular. 12 yaşında idi, 4 yaşında ikən atasını, 5 yaşında ikənsə anasını itirmişdi, qosqoca dünyada təkətanə qalmışdı.

“Qızımız olarsan?” deyə soruşdular, Zəhra onların boyunlarına sarıldı.

Mənəvi övladları oldu.

Xoşbəxt idi Lətifə.

Bağ evini yuvası olaraq mənimsəyirdi.

Amma təəssüf ki gözəl günlər tez bitdi.

İki azad ruh... evin hüzuru qaçdı.

Axşamüstülərin birində... Alber adlı iti bala doğdu. Mustafa Kamal körpə itlərin sevimli hallarını sevə-sevə izləyirdi, qəfil “bax, Fikriyə, nə gözəl oynayırlar” dedi.

Aləm bir-birinə dəydi.

Çünki Atatürk “Fikriyə” xitabını Lətifəyə etmişdi. Lətifənin halı pərişan oldu.

Dərhal atasına teleqraf göndərdi.

“Dərhal gəlib məni aparın” dedi.

Muammer bəy tez-bazar gəldi.

Qızını sakitləşdirməyi bacarsa da, bu, sonun başlanğıcı idi.

Atatürkün həyatını səhmana salmaq istəyərkən həddindən ziyadə müdaxilələrə yol ver, qadağalar qoymağa çalışırdı. Bütün bu qadağalarla həm Atatürkü çox sıxırdı, həm də London, Paris görmüş, orada böyümüş qız olaraq Ankaraya sığmırdı.

Davalar başladı, boşandılar.

Evlilikləri 2 il 6 ay davam elədi.

Köçdükləri gündən “1001 gecə nağılı” sona çatmışdı.

İzmirdən “Lətifə Qazi Mustada Kamal” sifətilə çıxmışdı.

İzmirə yenidən “Lətifə” olaraq geri qayıtdı.

Mustafa Kamalın yazdığı son məktubda bu sətirlər vardı:

“Uşakizadə Lətifə, möhtərəm xanıməfəndi, iki il yarım müştərək həyatımızda məndə yaranan təəssürata görə, mənimlə birgə səadət tapmağınız mümkün deyil və bunun üçün sizi azadlığa buraxmağı qərar verdim. Sizin mənimlə xoşbəxt olmayacığınız nəticəsinə gəldim. Talaknaməni (boşanma kağızı) sizə təqdim edirəm.

Türkiyə Cümhurrəisi Qazi M. Kamal”.

Ən hədəfə dəyən rəyi isə qaynata Muammer bəy etdi:

“Qızım cümhurrəisiylə evləndiyini zənn edirdi, Mustafa Kamalla evli olduğunun fərqinə vara bilmədi!”.

Bacıları Lətifənin şəxsi əşyalarını yığmaq üçün Çankayaya gələndə Mustafa Kamal onlardan bir xahiş etdi.

“Əgər özü üçün problem yoxdursa, Lətifəyə aid bəzi kitabları malikanəün kitabxanasına aparasınız” – deyib siyahı verdi.

Lətifədən soruşdular, icazə verdi.

Siyahıda bunlar var idi: “13 cildlik Volter seriyası, Viktor Hüqonun “Səfillər”i, Napoleonun həyatı, dünya tarixi, yunan tarixi, İngiltərə tarixi, Roma imperatorluğu, teatr və dünya insanları”.

Hamısı fransızca idi.

Çankaya malikanəsində xoşbəxt günlərin xatirəsi olaraq yalnız birlikdə oxuduqları kitablar qalmışdı.

10 noyabr, 1938.

Lətifə İsveçrədə xəstəxanların birində idi, sətəlcəmdən mülaicə alırdı.

Qəzet oxuyurdu.

O an hiss etdiklərini “beynimdən vurulmuş adama döndüm” deyə ifadə edəcəkdi. “Mən iki dəfə öldüm, bir 1925-də, bir də 1938-də” deyəcəkdi.

Bir daha evlənmədi.

Təkliflər çox oldu, amma heç ağlının ucundan belə keçirtmədi.

Kişilərin dominant olduğu vəhşi toplumun qaydaları işə düşmüşdü. Bir boşanma varsa, mütləq qadın günahlar idi, kişi isə əsla!

Bu kişi Mustafa Kamal idisə, qadının ümumiyyətlə, heç bir şansı yox idi.

Lətifə bir andaca tərk olundu.

Yaxın bildiyi dostları belə axtarıb-aramadı.

 

Qaçmaq, uzaqlaşmaq istədi. Bugünkü Slovakiyaya getdi, Tatra dağlarında bir sanatoriyada dincini aldı. İki ilə yaxın Fransada yaşadı. Sonra İstanbula qayıtdı.

Qısa müddət içində Ayaspaşada ailəsinə aid malikanəə, daha sonra 1965-ci ildə Harbiyədə Safir apartmanına köçdü.

Ömrü boyu malikanələrdə yaşamış, geniş baxçalara alışmış biri kimi niyə bu apartmandak mənzili seçmişdi?

Pəncərənin kənarından “baxın” deyə işarət edirdi. Üzbəüzdə Harbiye Ordu evi vardı, onun da önündə Atatürkün heykəli.

“Bu heykəl Atatürkə çox bənzəyir, buradan onu seyr edirəm, yoxsa burada yaşayardımmı?!” – deyirdi.

Evinə Atütürklə birlikdə çəkilmiş fotolarından heç birini qoymamışdı.

Divarda, kamotun üstündə sadəcə Atatürkün fotoları vardı.

Evliliklərinə dair heç nə…

50 il ərzində nə qədər deyilsə də, rədd etdi, xatirələrini yazmadı, danışmadı.

Daima çox şux geyindi. Sevdiyi rəng qara idi. Atasının ərmağanı tək qaşlı brilliant üzüyünü barmağından çıxartmadı.

Evə qapanmadı, gəzməkdən, səyahətdən əl çəkmədi.

Tanınmasın, narahat etməsinlər deyə Atatürkün istəyilə “Fatma Sadık” adı ilə passport düzəltdirdişdi. Xaricə gedərkən bu addan istifadə edirdi.

Konsert, teatr – heç biri qaçırtmazdı.

 

Yemək-içməyinə diqqət edərdi, çəkisinə nəzarət edərdi ki, kökəlməsin.

Saçlarını boyatmadı, ağappaq gur saçları parıldayırdı.

Fildişi darağıyla toppuz yığardı.

Müdhiş kitabxanası vardı.

Şekspir, Göte, Şiller, Korneli originaldan oxuyardı.

Tevfik Fikret, Ahmet Haşim, Yahya Kemal kimi imzaları əzbər bilirdi.

50 yaşından sonra rus dilini öyrəndi. Puşkinə heyran olmuşdu.

Bir veteran yunan qadın xidmətçisi vardı. İrfan adlı aşpazı vardı. Sürücüyə ehtiyac duymazdı, taksidən istifadə edərdi.

Döş xərçəngindən əziyyət çəkirdi.

1975-ci ildə 76 yaşında dünyasını dəyişdi.

Dəfni dövlət səviyyəsində keçirilmədi, hökümətdən gələn olmadı.

Ailəsi tabutun üstünə türk bayrağı örtdü.

Cənazə namazı Teşvikiye məscidində qılındı, Edirnekapı şəhidlər xiyabanında torpağa tapşırıldı.

Ziraat Bankı və Osmanlı Bankında iki kassası vardı.

Bu kassalar vəfatından 4 il sonra açıldı.

Cümhuriyyət tarixinə aid sənədlər mirasçıları tərəfindən Türk Tarix Qurumuna verildi.

Şəxsi əşyalarının içindən nikah üzüyü tapıldı. Platindən idi. İçində Osmanlı dilində “Lətifə 1939” yazılmışdı.

Üzüyün yanında Mustafa Kamalın nikah ərəfəsində mehr-i muaccel (indiki təzminat) olaraq verdiyi 10 gümüş pul var idi.

Üzüklə gümüş pulu çəhrayı bir paketə qoyub zinət əşyaları qutusuna qoymuş, qutunu da tülbəndlə bağlamışdı.

Atatürk vəfat edəndə də xüsusi əşyaları arasında incə platindən hazırlanmış bir üzük tapıldı, Osmanlı dilində “Qazi M. Kamal 1939” yazılmışdı.

Hər ikisinin də ömürlərinin sonuna kimi saxladıqları nişan üzükləri İsmət İnönünün hədiyyəsi idi, Lozandan gətirilmişdi.

Lətifə sərvət dəyərində zinət əşyalarına sahib idi. İstanbuldakı mənzili, İzmirdəki malikanəsi, sahələri vardı. Hamısı atasından miras qalmışdı.

 

 

İllər sonra 2015-ci ildə… Avropanın ən köklü universitetlərindən olan Vyana Universiteti “cinsi bərabərlik” mövzusu ilə beynəlxalq sərgi açdı.

Dünya səviyyəsində dəyərləndirmə aparıldı, dünya qadınlarına tarix boyunca “rol model” olmuş 36 qadın seçildi.

Büstləri universitetin girişinə yerləşdirildi.

Onlardan biri də Lətifə idi.

Mecdelli Meryem, Marie Curie, Mileva Einstein, Frida Kahlo, Elisabeth Oppenheim, Sylvia Plath, Virginia Woolf, Josephine Baker, Maria Callas, Sara Baartman, Ana Mendieta, Hapşetsut, Janis Joplin, Sappho, Maria Montessori, Papstin Johanna, Gertrude Stein, Susan Sontag…

Lətifə bu qadınların arasında idi.

Dünyanın hörmət etdiyi 36 qadın…

Və bu il 9 sentyabr ildönümündə Lətifədən yazmaq istədim.

 

İşğal edildiyi gün bir millətin qurtuluş savaşından danışan, işğaldan azad olunduğu gün o millətin qurtuluş savaşını sona çatdıran, dünyada bu xüsusiyyətə sahib ilk və tək şəhərimizdir İzmir.

Amma eyni zamanda Mustafa Kamala belə boyun əyməyən, azad qadınların şəhəridir.

9 sentyabr həm də azadlıq ruhu Lətifəni simvolizə edir.

9 sentyabr milli mübarizə zəfərindən ibarət deyil.

Əsas etibarilə….

“Azadlıq mənim xarakterimdir” deyən Mustafa Kamalaın azad xarakterli sevgisidir.

Lətifənin həyatdakı duruşudur 9 sentyabr.

 

Dilimizə uyğunlaşdıran Eminquey

TƏQVİM / ARXİV