adalet.az header logo
  • Bakı 19°C
  • USD 1.7
08 Sentyabr 2020 11:39
31950
İQTİSADİYYAT
A- A+

“AzerGold” Bakı Fond Birjası vasitəsilə istiqrazların tədavülə buraxılmasını planlaşdırır

“AzerGold QSC yaxın gələcəkdə Bakı Fond Birjası (BFB) vasitəsilə ilk dəfə olaraq istiqrazların tədavülə buraxılmasını planlaşdırır.

QSC-dən Adalet.az-a bildirilib ki, planlaşdırılan qiymətli kağızların emissiyası təkcə “AzerGold”un investisiya portfelinin şaxələndirilməsi deyil, eləcə də vətəndaşlar üçün mənfəətli investisiya imkanları yaratmaq məqsədi daşıyır. İstiqrazların emissiyasından cəlb ediləcək vəsaitin isə “Çovdar” (Daşkəsən), “Köhnəmədən” (Balakən) və “Qaradağ” (Şəmkir-Gədəbəy) layihələri üzrə yeni yataqların resurslarının artırılmasına, yataqların yerüstü hissəsində istismar işlərinin sürətləndirilməsinə və çöl tədqiqat işlərinin maliyyələşdirilməsinə yönəldilməsi nəzərdə tutulub. Adıçəkilən layihələrin istismarı yerləşdiyi bölgədə sosial-iqtisadi inkişafa töhfə verməklə yanaşı, ölkə iqtisadiyyatına milyardlarla vəsaitin cəlb edilməsinə imkan yaradacaq. “AzerGold”un fəaliyyətinin nəticələrinin yüksək mənfəətliliklə müşayiət olunması tədavülə buraxılacaq qiymətli kağızların daha etibarlı və dayanıqlı olmasına təminat verir. Yeni istiqrazlar “AzerGold”un uzun müddətli inkişafında pay sahibi olmaqla yanaşı, qiymətli kağızlar bazarının daha da inkişaf etməsinə təkan verəcək.