adalet.az header logo
  • Bakı 18°C
  • USD 1.7
07 Sentyabr 2020 09:03
124906
MARAQLI
A- A+

Ekstrim həvəskarı iki saat yarıma dünya rekordunu qırdı

Avstriyanın Melk şəhərində ekstrim həvəskarı olan Yozef Keberl 2,5 saat buzla dolu şüşə kabinənin içində oturaraq, dünya rekordu qırıb. 

Bununla bağlı Avstriyanın ORF telekanalı məlumat yayıb.

O, bununla dünya ictimaiyyətinin diqqətini buzlaqların əriməsinə çəkmək istədiyini bildirib. 

İki saat yarımlıq sınaqdan sonra Keberl dondurma istədiyini bildirib. 

Qeyd edilib ki, o, doğma şəhərində ötən il əldə etdiyi rekordunu yeniləyib. Ötən il baş tutan sınaqda Koberl kabinənin içərisində iki saat səkkiz dəqiqə qala bilmişdi.