adalet.az header logo
  • Bakı 22°C
  • USD 1.7
06 Sentyabr 2020 23:33
124112
MARAQLI
A- A+

Özünü qaradərili kimi göstərən müəllim işdən qovuldu

ABŞ-da yerləşən Corc Vaşinqton Universitetinin müəllimi Cessika Kruq illərdir özünü qaradərili kimi təqdim etdiyi üçün işdən qovulub.

Bu barədə “The Guardian” nəşri xəbər yayıb.

Daha öncə Kruq özü “Medium” platformasındakı bloqunda bunu etiraf edib. O, uşaqlıq travması və psixoloji problemləri səbəbindən özünü qaradərili kimi təqdim etdiyini bildirib. Qadı onu da deyib ki, bu onun "etik olmayan hərəkəti" üçün bəhanə ola bilməz.

 Qadının çalışdığı fakültənin rəhbərliyi onun etirafından təəccübləndiklərini bildirib, onların ümidlərini doğrultmadığını əlavə ediblər.