adalet.az header logo
  • Bakı 19°C
02 Sentyabr 2020 14:04
39257
MARAQLI
A- A+

TOŞ,TOŞ, AY ÇOXQOHUMLU  BƏXTƏVƏR  VƏ YA YUNANISTAN! 

Abdal Qasım bəyin malikanəsinin  yanından keçəndə eşşəyini  çubuqla  vurub  deyir:

- Toş,toş, a bəy, toş!

Bu vaxt bəyin  nökərləri  tökülüb  onu  babat  döyürlər. Abdal Qasım  üst-başının  tozunu   çırpa-çırpa bu dəfə deyir:

- Toş, toş, ay çoxqohumlu  bəxtəvər, toş, toş!

İndi Yunanıstan dişlərini  qıcayaraq hər tərəfdən  Türkiyəyə  hücum edir. Hətta  hərbi gəmiləri  Türkiyənin  sahil  sularına  daxil olur. Düzdür, layiqli cavabını da alır -  həm sudan, həm də havadan. Fransa, İngiltərə, Almaniya, Misir hamısı  Yunanıstana  dəstək verir. Hətta Fransa  yunanlara  dəstək üçün özünün ən böyük  təyyarədaşıyan gəmisini də göndərib  Aralıq dənizinə.  Qısası, çoxqohumlu  bəxtəvərdi.