adalet.az header logo
  • Bakı 19°C
  • USD 1.7
01 Sentyabr 2020 23:25
83518
ƏDƏBİYYAT
A- A+

Sayman Aruzun saxta diplom qalmaqalı ilə bağlı AYB-dən AÇIQLAMA

Hazırda Saman Həsənzadənin məlum məsələsi ilə bağlı müzakirə aparırıq. Bu məsələ araşdırılacaq.

Bunu Kult.az-a Azərbaycan Yazıçılar Birliyinin (AYB) sədri, xalq yazıçısı Anar qurumun Güney Azərbaycan şöbəsinin müdiri Saman Həsənzadənin (özünü Sayman Aruz kimi təqdim edir – red.) onun adından 150 manata saxta Fəxri Fərman satmasına münasibət bildirərkən deyib.

AYB sədri qeyd edib ki, hazırda bu məsələnin araşdırılmasında müəyyən çətinlik yaranıb:

“Çünki hazırda yay aylarıdır. Gərək Yazıçılar Birliyinin katibləri yığışsın, biz də araşdıraq, görək nə məsələdir. Ondan sonra məsələ ilə bağlı qərar çıxararıq”.

Azərbaycan Yazıçılar Birliyinin (AYB) sözçüsü Xəyal Rza məsələ ilə bağlı saytımıza açıqlamasında deyib ki, Saman Həsənzadə ilə bağlı iddialar təsdiqini taparsa, AYB bununla bağlı qərar verəcək:

“Hələ ki araşdırma aparılır. O, Anar müəllimin adına izahat da yazıb”.

Xalq yazıçısı, Azərbaycan Yazıçılar Birliyinin (AYB) katibi Çingiz Abdullayev isə deyib ki, mövzu ilə bağlı Saman Həsənzadə ilə danışıb, məsələni araşdıracaq:

“Bu vaxta qədər belə bir hadisənin baş verməsindən xəbərsiz olmuşam”.

Qeyd edək ki, Azərbaycan Yazıçılar Birliyinin (AYB) Güney Azərbaycan şöbəsinin müdiri Saman Həsənzadənin (özünü Sayman Aruz kimi təqdim edir - red.) saxta diplom biznesi ilə bağlı sensasion faktlar üzə çıxıb.

Məsələ ilə bağlı artıq Azərbaycan Respublikasının Baş prokuroru cənab Kamran Əliyevə müraciət edilib.