adalet.az header logo
  • Bakı 19°C
  • USD 1.7
01 Sentyabr 2020 20:47
35985
MARAQLI
A- A+

Niderlandda sosial məsafə qaydalarına əməl etməyin yeni üsulu tapılıb

Niderlandda sosial məsafə qaydalarına əməl etməyin yeni texnoloji üsulu hazırlanıb.

Trend-in məlumatına görə, Rotterdam vağzalında təhlükəsizlik zonaları qeyd olunan meydança yerləşdiriləcək.

Hündürlüyü 0,5 metr olan qurğu membranla örtülüb və bu membranın lifləri təsir nəticəsində formasını dəyişir.

Belə ki, insan bu meydançanın üzərinə çıxarkən onun ətrafında 1,5 metrlik təhlükəsizlik zonası formalaşır və bu zona narıncı rəng alır. İnsanlar bir-birinə daha yaxın durduqca rəng daha da qatılaşır.

Həmin qurğu yaxın zamanlarda vağzal ərazisində yerləşdiriləcək.