adalet.az header logo
  • Bakı 16°C
  • USD 1.7

Aqil ABBAS: GÖRƏN, ÖZÜMÜ ÖLDÜRSƏM MƏNİ TUTARLAR?

AQİL ABBAS
60835 | 2020-08-28 12:54

Bu sözlər zarafatla deyilsə də altında babatməna var.

Deməli, belə. Hər gün Ermənistan ordusu cəbhə xəttində atəşkəsi 30-40 dəfə pozur. Əvvəllər140-150 dəfə pozurdu, son zamanlar, deyəsən, güllələri azalıb. Gözlənilir ki, artsın. Bu günlərdə Rusiyadan 400 ton silah-sursat alıblaraxı.

Düzdür, Şoyqu çörəyi qırıq-qırıq edib and içdi ki, biz onu Ermənistan ordusuna deyil, 102-ci hərbi hissəmizə göndərmişik.Belə çıxır ki, 102-ci hissədəki hərbir əsgərə təxminən yarımton silah-sursat göndəriblər.

Rusiyanın Ermənistandakı 102-ci hərbihissəsində qulluq edən zabit və əsgərlərinən azı 30 faizi ermənilərdi,bəlkə də çox. Necə ki Xankəndindəki 366-cı hərbi hissəninzabit və əsgərlərinin 50-55 faizi erməni idi.

İndi görən,özümü öldürsəm məni tutarlar?!

Ermənilər hər günatəşkəsi pozurlar, hətta Tovuzda sərhədi pozdular. Bu isə birölkənin başqa bir ölkəyətəcavüzüdü. Düzdür, ordumuz onlarıçıxdıqları deşiyə qədərqovdu, soxdu itin gözünə, ayrı cür də oxuya bilərsiniz.

İndi nə deyirəm? Bəlkə şeytanınqılçını sındırıb bir dəfə də biz atəşkəsipozaq?!

Görən, bizitutarlar?



TƏQVİM / ARXİV