adalet.az header logo
  • Bakı 19°C
  • USD 1.7

Nicat NOVRUZOĞLU: BİZ DUSTAQ DEYİLİK

NİCAT NOVRUZOĞLU
235296 | 2020-08-29 16:45

Həbsxanalarda, dəqiq bilmirəm, ayda bir, ya iki dəfə məhbuslaraailələri ilə görüş verirlər. Hətta ər-arvada, deyəsən, altı aydan bir üç günlük görüş verirlər. Özü də həmin görüş mənzili üç otaqdan ibarətdi. Mətbəx, istirahət vəyataq otağı. Eyni zamanda gərəkki, həftədə bir dəfə də ailələri məhbuslara «peredaça»apara bilərlər.

Amma artıq altı aydançoxdur ki, Bakıdakılar rayondakı qohumlarıyla, ailələriylə,bacı-qardaşlarıyla, eləcə də rayondakılarBakıdakı əzizləri ilə görüşəbilmir və bir-birlərinə heç «peredaça» da göndərə bilmirlər.Məcbur olub əyri yollara əl atırlar, nəticədə əyri yollara əl atanların da son durumu acınacaqlı olur.

Bəli, hamı Operativ Qərargahınçıxartdığı qayda və qanunlara şərtsiz əməl etməlidir. Operativ Qərargah da bir çoxyumşalmalara getdi və gedir, ammadediyim problemdən həmişə yan keçir.

Deyirlər yoluxmaların sayı artır. Artıb-eləmir. Rəqəmlərə baxın,test olunanların sayınabaxın və yoluxanların sayına baxın.Faiz eynidi, təxminən 2,5.

Hörmətli OperativQərargah, hansısa şərtlərdaxilində yollar açılmalıdır,insanları bu qədər psixoz vəziyyətə gətirmək olmaz.


TƏQVİM / ARXİV