adalet.az header logo
  • Bakı 9°C
  • USD 1.7

İslam dini milliləşdirilməlidir - Emin Piri yazır

Emin Piri
81669 | 2020-08-28 10:33

VII əsrin ərəb təfəkkürü ilə Allaha inanmaqabsurddur. Ərəb dilində anlaşılmadan kor-koranə ibadət isə İslamı qorxuncdinə çevirir. Bu gün terrorla cihad edərək cənnətə qovuşmaq istəyənlərinQarabağ uğrunda döyüşmək istəməməyi bu kor-koranəlikdən və qorxuncluqdan gəlir.Onlar burada ölməyi şəhidlik saymır, amma uzaq Suriyada, Əfqanıstanda məscid,bazar partlatmağı, uşaqları, dinc insanları öldürməyi Allah yolunda cihadbilirlər.

Əgər o torpaqları Alah yaradıbsa, yer üzü onundusa və bu yerlərdəədalət qurmaq lazımdısa, bəs Qarabağıvə digərtorpaqları kimyaradıb? Müqəddəsliyə qalsa yer kürəsinin hərkv.sm torpağı Allahın sayılmalı və müqəddəsləşməlidir. Bəlkə bu torpaqlardan,Azərbaycandan Tanrının xəbəri yoxdu? Buna görəmi sizə uzaq olan ölkələrə gedərək,Tanrının gözünə görünmək lazımdı?

Anlaşılmayan dinin cəmiyyətləri məhvə aparan qorxunc, insanlığa sığmayan əsasnümunələrindən biri budur. Nə zamana kimiİslamöz dilində sənə agah olmayacaq, bu, daha böyük fəlakətlərəaparacaq.
Işğalçı bir ərəb `qəhrəmanın` adına milyonlara mərkəzlər tikmək, ehsanlar verməkəvəzinə başqa bir xeyirxah əməl sahibi olmaq olmazmı?! Rus, amerikanişğalçıdırsa, bəs başqalarının torpaqlarını tutan, haqlarını alan ərəb döyüşçüləri kimdir?

Cəmiyyət həmişə inkişafdadır, Allaha olan münasibət də həmçinin. VII əsr ərəb təfəkkürüvə dili ilə nə zamana kimi Allaha inanmaq olar? Allah tarixin, zamanın, dilin,xalqların fövqündə dayanır. O, hamını öz dilində anlayır. Eşq isə qəlbdən gəlir. Qəlbin dili olmur, eşq eləeşqdir. Buna görə də, Allaha edilən duaların, qılınan namazların hansı dildəolmasının əhəmiyyəti yoxdur. Quran bütün xalqlar, bəşəriyyət üçündür, amma ərəbdili haqqında belə bir söz deyə bilmərik. Ərəb dili mənim sevgi dilim ola bilməz.Bu dil Allaha qovuşmağımıza bir səddir, nəinki vasitə. Ərəb dili bizi Tanrıdanayıran dildir, qovuşduran yox. Dinin öz dilində ibadətinə bir sıra nümunələr gətirəbilərik. Hər xalqın öz dilində oxunan, ibadət olunan.


Ərəb dili nə Allahın, nə də bəşəriyyətin dilidir!

Namaz azərbaycan dilində olmalıdır, həmçinin azan, yasin və digər ibadətlər də.
Çoxları deyir ki, ərəbcədən çevirəndə məna itir. Bəs, başdan-başa duadan ibarətnamazın azərbaycanca qılınmasında nə itəcək? Dua elə duadı. Sənin sevginümayişindi. Bunu istəməyənlər sadəcə milli kökə qayıdışı, Tanrıya yaxınlaşmağıistəmirlər, məqsəd şeytanilikdir.

VaxtiləAtatürk bu yola baş vurmuşdu. Onu "kafir” adlandırdılar. Amma bu gün rahat şəkildə namaz qılanlar məhz Atatürkün qəhrəmanlığı sayəsindəibadətlə məşğul ola bilirlər.

1400 ildir ki, xalqımızla Quran arasında böyük uçurum var. Xalq ona doğma yox,göylərin cəza aləti kimi baxır. Müəyyən tarixi dövrlərlə gilyotin, xəncər,qamçı və.s kimi. Bu da onu daha qorxunc vasitəyə çevirir, nəinki sevgiyə. O,yaddır, çünki ilk növbədə onun dili yaddır. Bir insan yadı nə qədər sevsə də, həmişəiçində bir ehtiyat, qorxu olur. O, doğma deyil, amma doğmalaşmalıdır. Yoxsa,aradakı uçurum get-gedə daha da artacaq.

Bununçün İslamazərbaycanlaşmalıvə milliləşdirilməlidir.

Bizim düşüncəmiz, təfəkkürümüz, Tanrıya inancımız, mədəniyyətimiz ərəbdən dahaüstün və sivildir. Vəhşi deyil. Amma vəhşinin diliylə ibadət etməyə zorlanır.

Ərəb dili - ərəb işğalı deməkdir. Ərəblər tutduqları ölkədə onların dinini qəbuletməyənləri qılıncdan keçirərdilər (tək allahlığa inanları isə vergiylə əzirdilər).Biz isə bütün mədəniyyətlərə sayğı göstərmişik.

Bu torpaqlarda islamı könüllü qəbul ediblərmiş! Bunu necə könüllü qəbul ediblərki, insanların qarşısına belə bir şərt qoyulub: ya islamı qəbul et, ya da öləcəksən!(təkallahlıq xaric) Könüllülük budurmu? Mərhəmət hissi belədirmi? Bəşəriyyətəsevgi qılıncın itiliyindədir?

Siz Allah, belə mərhəmət olar?İnsana həyatıyla din arasında şərt qoyursan və təbiiki, yaşamaq naminə yalançı könüllülük edəcək. Bu gün də dinin ögey qalmasının səbəblərindənbiri budur.

Əgər din könüllü olsaydı zaman-zaman bu tipli yazılar yazılmazdı.

Son zamanlar dini fanatizm gənclər arasında tüğyan edir. Səbəb isə anlamadaninanmaqdadır. Yalnız namazın, ibadətin azərbaycanlaşdırılması bunun qarşısınıala bilər.

Həm də bu dindarlar din üçün daha artıq nə istəyirlər? Zatən bayrağımızın bir rəngidini özündə ehtiva etmirmi? Amma üçüncüsü. Bəzən yerini bilmək daha yaxşıdır…

SondasaÇingiz xanla bağlı iki əhvalatı nəql etmək istərdim:

Məlum olduğu kimi ərəblər Çingiz xanın müsəlmanolmağı üçün çox çalışdılar. Bu səbəbdən Çingiz xanın yanına gedən ərəb elçilərləonun arasında belə bir danışıq olur:

-Xanlar xanı Çingiz xan, sizi İslama dəvət edirik.

-İslam dediyiniz nədir?

-Peyğəmbərimiz Məhəmməd vasitəsiylə insanlara təbliğedilən dindir.

-Peyğəmbərkimdir?

-Yerin,göyün yaradıcısının yer üzündəki seçilmiş təmsilçisi.

-Ola bilər.Tenqrinin burdakı təmsilçisi də mənəm.

-Amma sizə bir kitab endirilmədi. PeyğəmbərimizəsəQuran endirildi.

-Kitabınızda nə yazılır?

Ərəblər İxlas surəsini oxudular. Çingiz xan surənintürkcə variantını eşitmək istədi.

"De ki, Allah birdir. Allah heç bir şeyə möhtacdeyildir. Hər şey ona möhtacdır. O doğulmamışdır və doğmamışdır. Heç bir şeyondan iznsiz hərəkət edə bilməz.”

Bundan sonra Çingiz xan qəhqəhə çəkdi və dedi:

-Siz bunları hələ indi öyrənirsiniz? Biz min ildirbunu bilirik və belə dua edirik. Buyurun, gedə bilərsiniz.

...Çingiz xan atından enib bir məscidin qabağındadayandı. Atın yüyəsini mollaya tutdurdu və dedi:

-Bu kimin evidir?

Ordakılar cavab verdi:

-Bu, Allahın evidir.

Çingiz xan hiddətləndi.

-Susun, bütpərəstlər. Allahın evi qəlbinizdir. Allahıqəlbinizdən çıxarıb ona böyük-böyük evlər tikmisiniz. Qəlbinizə isə bütünmurdarlıqları doldurmusunuz. Sizi elə burdaca atımın ayaqları altında əzərdim,amma buna belə dəyməzsiniz.


TƏQVİM / ARXİV