adalet.az header logo
  • Bakı 18°C
  • USD 1.7

AQİL ABBAS QƏLƏNDƏRDƏN YAZDI

AQİL ABBAS
94604 | 2020-08-27 13:06

Bir insan bir ömürdə nə qədər faciələryaşaya bilər? Qələndər Xaçınçaylıyaşadı! 93-cü ildə doğmayurd-yuvası viran oldu. Min birmüsibətlə, əziyyətlə atasınıntikdiyi ev-eşik ermənilər tərəfindən yandırıldı. Savaş başlayandan qardaşıSəməndər əlinə silah götürüb Vətən uğrunda vuruşdu və şəhid oldu. Ailə bütünlüklə perik düşdü. Qardaşının ailəsi də, övladları da Qələndərə əmanətqaldı. Jurnalist idi də, 300-400 manataişləyirdi. Bəzən öz balaları ac qalırdı, amma qardaşının balalarınıac qoymazdı.

Sonra üçüncü faciə. Həyat yoldaşı xərçəngə tutuldu. Uzun zamanlar xanımınıxilas etmək üçün çarpışdı. Dərmanlarda çox baha, nə pul tapa bilirdi, nə də çatdırabilirdi. Şükürlər ki, dostlarda darda qoymurdu. Niyə adınıçəkməyək ey, qoy görsünlər dünyadayaxşı insanlar var. Məsələni millətvəkili, dostum Cavanşir Feyziyevə danışdım və Cavanşir müəllim ənbahalı dərmanları beləxaricdən gətirdirdi və pulunu da öz cibindən ödəyirdi. Qələndər deyirdi,bu yaxşılığın əvəzini nə təhərçıxacam? Amma xərçəng özişini gördü, xanımı…

Balaları yetimqaldı. Belə bir söz var, uşaq atadan yox, anadan yetimqalar. Anadan yetim qalan balalarınatək atalıq yox, həm də analıq elədi. Adam bir ailəni saxlayabilmir, amma Qələndərin üstündəiki ailə vardı.


Və bu namərd koronavirusyaxaladı Qələndəri. Mənə ağlaya-ağlaya zəng eləmişdi:

- Əmoğlu, qoyma ölüm.

Kolanılar həmişə bir-birlərinə«əmoğlu» deyərlər.

Eh, Qələndər, əmioğlu Allahın bacısı oğlu deyildi. Millət vəkili Rəşaddoktor, Yeni Klinikanın doktoru Kəmaləxanım və bütün tibbi personalçox çalışdı, amma… Amma xilas etməkmümkün olmadı. Onun ölümündə özümü də günahkar sayıram, niyəxilas edə bilmədim Qələndəri?

Xaçın çayının sahilindədoğulmuşdu bu Kolanı balası. Özüdə Xaçın çayı kimisaf, dupduru və təmiz idi.

Tez-tez gələrdi redaksiyaya,yanıma. Hər dəfə də məni görəndə deyərdi:

- Əşi, səni verənə şükür.

Eh, Qələndər, şükür elədiyin məniverən səni qorumadı.

Bu da belə bir taledi, yaşadın!Əgər bunun adınayaşamaq deyirlərsə…


TƏQVİM / ARXİV