adalet.az header logo
  • Bakı 22°C
  • USD 1.7
14 Avqust 2020 11:36
63885
ƏDƏBİYYAT
A- A+

Murad Köhnəqala yeni təlim yaratdı - Açıqlama

Bir çox azərbaycanlı şair və yazıçıların dolanışığı yazdığı köşələrdən və bu kimi yazılardan çıxır. Qonorarla dolanan şairlərdən biri də Murad Köhnəqaladır. Şairin adalet.az-a bildirdiyinə görə, Azərbaycanda qonorar sistemi çox aşağı səviyyədədir.

"Azvision.az-a ayda dörd köşə yazıram. O da 100 manat edir. "Ədəbiyyat qəzeti”nə ara-sıra yazı verirəm. Ordasa qonorar yüksək deyil. Üstəgəl, vergi tutulduğundan çox az bir qism qalır. Ümumilikdə 150 manat qonorar alıram.

Şairin söylədiyinə görə, yeni yoqa təlimi yaradıb. Bunu fokus da adlandıra bilərik.

"O 150 manatdan ayda 350 manat kirayə pulu verirəm. İnternet, qaz işıq, kommunal xərclər isə 50 manat pul aparır. Sonra həmin 150 manatdan uşaq üçün yemək, park və əyləncə üçün və.s 300 manat xərcləyirəm. Özümüz isə yemirik, ac qalırıq. Xüsusi yoqa təlimini tətbiq edirik. Bu təlimin sayəsində yemək yemədən yaşayırıq. Fikrim var ki, nəfəs almağın da başını buraxım.”

Emin Piri