adalet.az header logo
  • Bakı 8°C
  • USD 1.7
14 Avqust 2020 09:20
24183
İDMAN
A- A+

İngiltərə Premyer Liqasında gələn mövsüm qış fasiləsi olmayacaq

İngiltərə Premyer Liqasının növbəti mövsümünün təqvim layihəsi məlum olub.

Premyer Liqanın rəsmi saytında yayılan məlumata görə, mövsüm sentyabrın 12-də başlayacaq. Mövsümün son oyunu isə mayın 23-nə təsadüf edəcək.

Pandemiya ilə əlaqədar qış fasiləsi olmayacaq. Komandalara yalnız fevral ayında iki həftəlik istirahət veriləcək.