adalet.az header logo
  • Bakı 15°C
  • USD 1.7
13 Avqust 2020 22:45
17005
İDMAN
A- A+

Venger "Barselona"nın təklifini rədd etdi

"Arsenal”ın sabiq baş məşqçisi Arsen Venger "Barselona”dan təklif alıb.

Qol.az Fransa mətbuatına istinadən xəbər verir ki, Kataloniya klubunun rəhbərliyi yeni mövsümdən 71 yaşlı mütəxəssisi komandada görmək istəsə də, Venger bundan imtina edib. O, FİFA-dakı işindən ayrılmaq istəməyib.

Fransalı mütəxəssisin "Barselona”ya qədər də bir çox cəlbedici təklif aldığı, ancaq bunları rədd etdiyi bildirilir.

Qeyd edək ki, 1996-2018-ci illərdə "Arsenal”ı çalışdıran Venger ötən ilin noyabrında FİFA-nın qlobal inkişaf üzrə şöbəsinin müdiri təyin edilib.