adalet.az header logo
  • Bakı 16°C
  • USD 1.7
13 Avqust 2020 22:17
21563
MƏMLƏKƏT
A- A+

Avqustun ortalarında hava sərin keçəcək

Avqust ayının ortalarında hava sərin keçəcək.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin (ETSN) Milli Hidrometeorologiya Xidmətinin verdiyi məlumata görə, avqust ayı yay fəslinin ən isti ayıdır.

Xüsusən son onilliklərdə ən davamiyyətli isti hava dalğaları və ən yüksək temperatur göstəriciləri məhz bu ayda qeydə alınıb.

Ötən illərdən fərqli olaraq,bu il 35 dərəcədən yüksək temperatur Bakıda yalnız birdəfə qeydə alınıb. Ayın əvvəlindən bu günədək orta temperatur beş gün ərzindəiqlim normasından 2,3 dərəcəyədək aşağı olub.

Bu cür hava şəraiti Rusiyanın cənubundan, Qara dəniz üzərindən bizim regiona atmosfer hava cəbhələrinin daxil olması ilə bağlıdır.

Növbəti nisbətən sərin hava dalğasının təsiri avqust ayının 14-dən ikinci ongünlüyün sonunadək hiss olunacaq.

Belə ki, arabir güclənən şimal küləyinin fonundahavanın temperaturu çoxillik normadan aşağı enəcək. Paytaxtda maksimal temperatur 25-30 dərəcədən yüksək olmayacaq. Rayonlarda hava arabir yağışlı olacaq.