adalet.az header logo
  • Bakı 8°C
  • USD 1.7
13 Avqust 2020 17:20
59215
ŞOU-BİZNES
A- A+

Alban əsilli əfsanəvi türk aktrisasından 10 bəlalı evlilik

Alban əsilli əfsanəvi türk aktrisası Ahu Tuğba13 avqust 1955-ci ildə İstanbulda anadan olub.

Adalet.az xəbər verir ki. bu gün 65yaşı tamam olur.Əsl adıTuğba Çetin'dir. Varlı bir ailənin yeganə övladı idi. Orta məktəbdə oxuyarkən kino aləminə gəldi. Məktəbi bitirdikdən sonra Kanadanın Konkordia Üniversitetinin İngilis Dili fakültəsinə qəbul oldu amma kino aktrisalığa olan marağı üzündən təhsilini yarımçıq buraxmalı oldu.

Türk kinosunda 80-ci illərin seks simvollarından biri olmuşdur.Ümumilikdə 10 dəfə ailə qurub. İlk evliliyini1981-ci ildə Mustafa Ulusoy ilə qurub.1991-ci ildə Alban əsilli Amerikalı həkim Timmy Alejtanij ilə qurduğu evliliyindənAnjelikadında1992təvəllüdlü bir qızı vardır.

Ahu Tuğba, İstanbulun Osmanbey semtində "Guantenamera adlı gecə klubunun sahibidir. Ahu TuğbaABŞ-ın Floridaeyalətində qızıyla birgə yaşayır.

Ahu Tuğbanın qızı

ABŞ-da siyasət fakültəsində oxuyan qızı Anjelik Kelvin seçdiyi peşəsi ilə hər kəsi şoka saldı.
Florida ştatında "Everglades" Universitetinin Siyasət və Rabitə fakültəsini bitirən 28 yaşlı qız şirkət müdiri olmaq əvəzinə, karyerasını tamam fərqli istiqamətdə qurub.

Belə ki, o, Floridanın Polis Akademiyasınının çətin dərslərini müvəffəqiyyətlə oxuyaraq, məzun olub. Anjelik silah, döyüş və ilkin yardım üzrə təlim keçib.
Hazırda xüsusi təyinatlı polis (SWAT) işləyən Kelvin bu yaxınlarda Mayamidə ilk tapşırığını yerinə yetirib.

Anjelikin bu gözlənilməz qərarını "İnstagram"da paylaşan Tuğba qızıyla fəxr etdiyini bildirib.
Hələ 2012-ci ildə Barak Obama Everglades Universitetinin dekanı ilə Anjelik Kalvini Ağ Evə dəvət edib.

Görüş zamanı Obama Kalvinə "gələcəkdə səni siyasətdə görmək istəyərəm” deyib.

Türk aktrisanın qızı Obamanın həmişəki kimi zarafatcıl və qayğıkeş olduğunu söyləyib.
Qeyd edək ki, Anjelik gələcəkdə vəkil olmaq arzusundadır.

.

Əntiqə Rəşid