adalet.az header logo
  • Bakı 11°C
  • USD 1.7
13 Avqust 2020 21:19
23480
MƏMLƏKƏT
A- A+

Bakıda uzun müddətdən sonra kafe və restoranlar açılışa hazırlaşır - VİDEOREPORTAJ

Üç aya yaxındır ki, kafe və restoranların fəaliyyətinə məhdudiyyət qoyulub. Amma yaxın günlərdə bu obyektlərin yenidən fəaliyyətə başlaması operativ qərargahın müzakirə mövzusudur. Bəs bu aylar ərzində sahibkarlara nə qədər ziyan dəyib, hansı çətinlikləri olub, ümumiyyətlə, yenidən fəaliyyətə hazırdırlarmı?

Baku TV bu mövzunu araşdırıb və bir neçə restoranda olub.

Restoran inzibatçısı Bəhruz Qənizadənin sözlərinə görə, bütün biznes sahələri kimi restoranlar üçün dəçətin oldu:

"Nə qədər də olsa, ödənişləri verməkdə, pul qazanmaqda çətinlik çəkirik. Ən əsası, personalın evdə qalması idi. Bizə də gəlir yoxdur. Ona görə onların maaşlarını ödəyə bilmirik. Açılışdan sonra, inşallah, daha yaxşı olar”.

Əgər yaxın müddətdə kafe və restoranlar açılacaqsa, insanlarımızın qoyulacaq qaydalara əməl etməsi vacibdir. Bu məsələdə arxayın olmaq olmaz. Yadımıza salaq, təxminən üçay bundan öncə yumşalma olan zamanyoluxanların sayı kəskin artdı və bu səbəbdən də yoluxma daha çox olan rayon və şəhərlərdə sərt karantin rejimi yenidən tətbiq edildi. Ona görə də biz bu bəlanı unutmayıb, özümüzü qorumağı öyrənməliyik.