“Facebook” istifadəçilərin biometrik məlumatlarının icazəsiz toplanmasında ittiham olunur
"Facebook” şirkəti 100 milyondan çox istifadəçinin biometrik məlumatlarının icazəsiz toplanmasında ittiham olunur.
Trend-in məlumatına görə, bununla əlaqədar ABŞ-ın İllinoys ştat məhkəməsinə kollektiv iddia ünvanlanıb.
İddiada qeyd olunur ki, "Facebook”a məxsus olan "Instagram” sosial şəbəkəsində insanların üzünü tanıya bilən funskiya var. Bu funksiya vasitəsilə "üz şablonu” yaradılır və bu, sosial şəbəkənin məlumat bazasında saxlanılır.
İllinoys ştatının qanunvericiliyinə əsasən, bu cür qayda pozuntusu 5 min dollaradək cərimə ilə cəzalandırılır. Bu iddia təsdiq olunarsa, "Facebook” 500 milyard dollaradək cərimə ödəyə bilər.
Digər Xəbərlər
23 Aprel 2024 19:13
“WhatsApp”da artıq böyük fayllar göndərilə bilər
23 Aprel 2024 16:15Füzuliyə köçənlərə ödənişsiz danışıq üçün sim-kartlar hədiyyə edilib
22 Aprel 2024 18:05Hacı Şahinin "Youtube" kanalı geri qaytarıldı
20 Aprel 2024 17:57"Bakcell"dən 25 Apreldə 100 000 GB kütləvi HƏDİYYƏ
17 Aprel 2024 21:00