adalet.az header logo
  • Bakı 12°C
  • USD 1.7

Faiq QİSMƏTOĞLU: O BOYDA ZIRILTINI...

FAİQ QİSMƏTOĞLU
61453 | 2020-08-12 12:58

... Bəzən məmləkətimizdəelə şeylər baş verir ki, adamın yox ey,lap bişmiş toyuğun da gülməyi gəlir. Bir aşağı baxırsan, bir yuxarı, görürsənki, balam, heç də hər şey göründüyü kimi deyilmiş. Yəni hər hansı bir işingörünən və görünməyən tərəfləri var. Amma elə də iş var ki, onu görməmək, onuhiss etməmək və onu bilməmək mümkün deyil. Gərək onda tək kor olmayasan, həm dəlal və kar olasan.

Əgər beləolmasaydı, Bakının Suraxanı rayonunun Yeni Günəşli yaşayış sahəsinin "V”massivində bir ilə yaxındır ki, 15 mərtəbəli binanın üstündə yenidən 16-cı və17-ci mərtəbəni inşa etməzdilər. Hansı ki, bu bina 2008-ci ildə deyilənlərə görə,tikilərək istifadəyə verilib. Həmin müddətdən, həmin vaxtdan görün nə qədərzaman keçib. Amma zamanın keçməsinə baxmayaraq, "Badu-kübə” mənzil-tikintikooperativi yenidən uzun müddət istifadəyə verilmiş yaşayış binasının üstündəbu cür həngamə çıxarmazdı. Və bu qanunsuz tikintinin də təbii ki, Bakı Şəhərİcra Hakimiyyətinin və eləcə də Suraxanı Rayon İcra Hakimiyyətinin məsul şəxslərigörməmiş və bilməmiş deyildi. Onlar nəinki yüksək mərtəbəli bina tikilərkən, həttakimsə həyətində daşı daş üstünə qoyarkən o dəqiqə xəbər tuturlar. Əlbəttə, bucüt zırıltıdan nəinki həmin icra orqanlarının, eləcə də digər qurumların çoxyaxşı xəbəri vardı. Sadəcə olaraq, bu qurumlar belə qanunsuz tikililərə çoxvaxt arxa durublar və göz yumublar. Çünki göz yummasaydılar, bu cür zırıltıtikinti baş tutmazdı.

Əgər kütləviinformasiya vasitələri – televiziyalar, qəzetlər və saytlar bu qanunsuz tikilibarəsində çəkdikləri süjetləri və yazdıqları məqalələri gündəmə gətirməsəydilər,ictimailəşdirməsəydilər, aydındır, elə o qanunsuz tikili də digər qanunsuztikililər kimi başa çatdırılacaqdı. Sadəcə olaraq, mətbuatın operativ və ədalətlimüdaxiləsi və məsələnin ictimailəşdirilməsi bu işdə əli olan icra orqanlarınıgeri çəkilməyə məcbur etdi. Artıq Fövqəladə Hallar Nazirliyinin məsul şəxsibildirib ki, bu qanunsuz tikili söküləcək və yaxın vaxtlarda bu söküntüyəbaşlayacağıq.

Onsuz da xalqınvə elin gözü tərəzidir. Kimin haqlı və kimin haqsız iş gördüyünü bu millət vəbu xalq çox yaxşı bilir. Bəzi vəzifəli şəxslər isə danışanda millətdən, xalqdandanışır, amma əməlində başqa bir şey görürsən. Görürsən ki, onun danışığı ilə əməlidüz gəlmir.

Prezident İlham ƏliyevBakı Şəhər İcra Hakimiyyətinin başçısı Eldar Əzizovu qəbul edərkən demişdi ki,şəhərin milli memarlıq üslubuna və görünüşünə xələl gətirən yeni tikintilərininşasına icazə verilməməlidir. Xüsusən də 9 mərtəbəli binaların qarşısında 16 mərtəbəlibinalar inşa edilərkən yeni binalar köhnə binaların qarşısını kəsir, ora günişığı düşməyə maneçilik törədir, havalanma çətinləşir. Gözləmək olardı ki, cənabprezidentin bu tapşırığından sonra belə tikililərin qarşısı alınacaq. Amma təəssüfhissi ilə deməliyik ki, belə tikintilərin qarşısı nəinki alındı, əksinə, bu cürtikililər yenidən davam etdi.

Məsələn, cənabprezidentin tapşırığından sonra Suraxanı rayonunun Yeni Günəşli yaşayış sahəsinin"D” massivində "Ana Kür” mənzil-tikinti koopretivinin sədri Vahid Abdullayeviki 16 mərtəbəli bina inşa edir. Hazırda bir binanın 14-cü mərtəbəsi, digər binanınisə 11-cü mərtəbəsi tikilir. Həmin binanın tikintisi isə qarşıdakı 13 nömrəli 9mərtəbəli yaşayış binasını gün işığından və havalandırmadan məhrum edib. Dahadoğrusu, məhrum edir. Hansı ki, bu bina cənab prezidentin Bakı Şəhər İcraHakimiyyətinin başçısı Eldar Əzizova tapşırığından sonra inşa edilir. 13 nömrəlibinanın sakinləri isə "Ana Kür” mənzil-tikinti kooperativinin qanunları pozmasıilə bağlı müxtəlif nazirliklərə və qurumlara müraciətlər ünvanlamışdı. Həminmüraciətlərə isə bu qurumlar elə başdansovdu cavablar vermişlər. Yəni onlarınyazdığı cavablara görə, hər şey qanunidir. Halbuki "Ana Kür” tikintikooperativi bir çox qanunları, o cümlədən tikinti normativlərini pozmuş vəpozmaqda davam edir. Mövcud qaydaya əsasən binalar arasındakı məsafə 60 metrdənaz olmalı deyil. Amma bu bina ilə 13 nömrəli bina arasında məsafə uzaqbaşı 25metr ola, ya olmaya.

Təbii ki, yenibinanın tikintisi həmin massivdə əhalinin qaz və su təchizatında da problemləryaradacaq. Çünki 3-4 il bundan qabaq 13 nömrəli binanın qarşısında 13 mərtəbəlikooperativ bina tikilib. O bina tikiləndən sonra 13 nömrəli binada mənzillərəqaz çox zəif gəlir. İndi görün, bu iki 16 mərtəbə bina inşa ediləndən sonra busakinlər hansı çətinliklərlə üzləşəcəklər. Üstəlik də kanalizasiya xəttininümumi xəttə qoşulması digər bir problemin yaranamasına səbəb olacaq.

"Ana Kür”tikinti kooperativi qanunları pozmaqda davam edir. Belə ki, isti yay günlərindəfəhlələr tikinti işlərini günün altında icra edirlər, ucadan qışqırır, söyüşsöyür və yaxınlıqdakı binanın sakinlərinin əsəbləri ilə oynayırlar. Və bəzən dəfəhlələr gözlərini bərəldib 13 nömrəli binanın mənzillərinə baxırlar. Camaat özevində rahat otura bilmir. Təbii ki, bu iki 16 mərtəbəli binanı tikən VahidAbdullayevin çox güclü himayədarı var. Çünki o, bağ salmış və ağac əkmiş, 30 ilyaşıllıqlara qulluq etmiş insanlara da hörmətlə yanaşmadı. Onların tər tökdüyü,zəhmət çəkdiyi yerdə heç bir halallıq olmadan bina ucaltdı. Özü bilər, Allahıbilər!

Hər halda,qanunları pozan bu cür mənzil-tikinti kooperativləri gec-tez törətdikləri əmələgörə, cavab verəcəklər. Onlar qanun qarşısında da, Allah qarşısında da məsuliyyətdaşıyırlar. Nə iş görürsənsə gör, gərək orda bir halallıq və xeyir-dua olsun.Halallıq və xeyir-dua olmayan yerdə heç vaxt xeyir-bərəkət də olmaz!..


TƏQVİM / ARXİV