30 yaşı olar, ya olmaz, 7 şeir kitabının müəllifidi.
Hərəsi də 150 səhifə. Təxminən hər kitabda 120-130 şeir.
Soruşursan ki, nə vaxtdan şeir yazırsan?
Deyir, süd əməndən.
Hətta dil açanda ilk sözüm "sən getdin, ömrümün çiçəyi soldu" olub.
Adə, sən Sədərək bazarısan?
Şeirləri tırla gətirirsən?
7 ildir yaradıcılıqla məşğulam, hesablasan 60-70 şeir yazmışam, ya yox.
Hələ onların da nə qədərini də çıx-daş eləmək fikrindəyəm.
Vallah, o inandığınız ilham pəriləri bir gün mitinq keçirəcək, şüarları da bu olacaq - "Pərilərə şiddətə son!"