adalet.az header logo
  • Bakı 14°C
  • USD 1.7
08 Avqust 2020 17:16
27435
MƏMLƏKƏT
A- A+

Seymur Orucov növbəti dəfə Ağstafa şəhərinə baxış keçirib - FOTO

Ağstafa Rayon İcra Hakimiyyətinin başçısı Seymur Orucov rayonun bir sıra məsul şəxsləri ilə birlikdə növbəti dəfə Ağstafa şəhərinin prospekt və mərkəzi küçələrinə baxış keçirib.

 Mərkəzdə yerləşən xidmət, ictimai-iaşə və ticarət obyektlərindəki mövcud şəraitlə yaxından tanış olub. Vətəndaşlara göstərilən xidmət səviyyəsi ilə maraqlanıb. İcra başçısı sahibkarlar və sakinlərlə sanitar-profilaktik mövzuda maarifləndirici söhbətlər aparıb. Şəhər küçələrində zəruri abadlıq işlərinin aparılması istiqamətində aidiyyəti üzrə müvafiq tapşırıqlarını verib .