adalet.az header logo
  • Bakı 8°C
  • USD 1.7
08 Avqust 2020 13:23
24691
MƏMLƏKƏT
A- A+

İlham Əliyev Təhsil Nazirliyinə yeddi milyon manat ayırdı - SƏRƏNCAM

Prezident İlham Əliyev Azərbaycan Respublikasında təhsil infrastrukturunun inkişafı ilə əlaqədar əlavə tədbirlər haqqında sərəncam imzalayıb.

Bununla bağlıAZƏRTACməlumat yayıb.

Sərəncama əsasən, respublika ərazisindəmodul tipli məktəblərinquraşdırılması məqsədilə "Azərbaycan Respublikasının 2020-ci il dövlət büdcəsində dövlət əsaslı vəsait qoyuluşu (investisiya xərcləri) üçün nəzərdə tutulan vəsaitin bölgüsü”nün 1.66-cı bəndində göstərilmiş məbləğin 630 149 000,0 (altı yüz otuz milyon yüz qırx doqquz min) manatının bölgüsü”nün 1.9.2-ci yarımbəndində "Respublika ərazisində modul tipli təhsil müəssisələrinin quraşdırılması” üçün nəzərdə tutulmuş yeddi milyon manat Azərbaycan Respublikasının Təhsil Nazirliyinə ayrılacaq.