adalet.az header logo
  • Bakı 18°C
  • USD 1.7
08 Avqust 2020 12:40
62097
SİYASƏT
A- A+

Şahmar Mövsümov: Azərbaycan İnvestisiya Holdinqinin yaradılması liberallaşmanın başlamasıdır

Prezident İlham Əliyevin fərmanı ilə Azərbaycan İnvestisiya Holdinqinin yaradılmasında məqsəd Azərbaycan iqtisadiyyatında böyük bir hissə təşkil edən dövlət şirkətlərinin idarə olunmasıdır.

Trend-in məlumatına görə, bunu Azərbaycan Prezidentinin İqtisadi məsələlər üzrə köməkçisi Şahmar Mövsümov deyib.

Onun sözlərinə görə, bu holdinq tərəfindən dövlət müəssisələrində müasir şərtlərə uyğun şəffaf idarəetmə sisteminin qurulması məqsədi qoyulubdur. Bu, Azərbaycanda bir çox sahələrdə liberallaşma prosesinin sürətlənməsi deməkdir. Holdinqin yaradılması, idarəetmədə effektivliyin artırılması, qeyri-neft sahələrinin effektiv idarə olunması həmin sahələrin inkişafına təkan verəcəkdir. Qeyri-neft sektorunda dövlət müəssisələrinin payı yüksəkdir, onların daha effektli, daha səmərəli idarə olunması önəmlidir. Bu holdinqin yaradılması böyük bir addımdır, ümid edirik ki, qısa bir zamanda bunun bəhrəsini görəcəyik.

Ş.Mövsumov bildirib ki, son zamanlar pandemiyanın təsrilərinin qarşısının alınması üçün böyük həcmdə işlər görüldü və görülür:

"Cənab Prezident tərəfindən verilmiş tapşırıqlara uyğun olaraq işlər plana uyğun şəkildə icra olunmaqdadır. Hazırda yeni zərər çəkmiş sahələrin dəqiqləşdirilməsi istiqamətində də iş aparılır. Çünki pandemiya müddəti uzandıqca digər sahələrə də təsir edir və biz bunu nəzərə almalıyıq".