adalet.az header logo
  • Bakı 19°C
  • USD 1.7
06 Avqust 2020 18:33
24118
DÜNYA
A- A+

Monteneqro sabahdan Azərbaycandan gedən turistləri qəbul edəcək

Monteneqro avqustun 7-dən bəzi xarici vətəndaşların ölkəyə girişinə qoyulan məhdudiyyətləri aradan qaldırır.

Bu barədə sözügedən ölkənin hökumətinin bəyanatında qeyd edilir.

Vətəndaşlarının sərbəst şəkildə Monteneqroya girə biləcəkləri ölkələrin siyahısına Azərbaycan, Rusiya, Belarus, Ukrayna, Kanada və Zimbabve daxildir.

Eyni zamanda, ölkəyə gələn əcnəbilər üçün bir sıra qaydalar müəyyən edilib. Belə ki, turistlər Monteneqroya gəlmədən ən az 72 saat əvvəl verdikləri mənfi nəticəsi olan testə sahib olmalıdırlar.

Bundan başqa, ölkə rəhbərliyi turistlərə açıq havada və qapalı məkanlarda maska taxmağın vacibliyi barədə xəbərdarlıq edib.